Facebook-un qurucusu Mark Zukerberq Havayın Kauai adasında daha bir torpaq sahəsi almaqla qeyri-virtual torpaq sahəsini genişləndirib.
Bizimyol.info xəbər verir ki, yerli mətbuatın verdiyi məlumata görə, Sukerberq, əraziyə sahib çıxan yerli əhalinin etirazlarına baxmayaraq, adada su anbarı və cəngəllik sahəsi də daxil olmaqla daha 110 hektar ərazi alıb.
Sosial media kralı və həyat yoldaşı hazırda adada 1400 hektar əraziyə sahibdirlər ki, bunun da əksəriyyəti kənd təsərrüfatı və qoruq torpaqlarıdır.
Milyarder daha əvvəl Kauayı "müstəmləkələşdirməyə" cəhdində ittiham olunub.
1 milyondan çox insan “Mark Zukerberqin Kauainin müstəmləkəçiliyini dayandırması” tələbi ilə petisiyaya imza atıb.
Bizimyol.info