Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ata övladına aliment vermədiyi üçün 8000 il ölkəni tərk edə bilməyəcək
Ata övladına aliment vermədiyi üçün 8000 il ölkəni tərk edə bilməyəcək

İsraildə yaşayan avstraliyalı ata 1,8 milyon funt-sterlinq uşaq aliment borcunu ödəməsə, ən azı 8000 il İsraili tərk edə bilməyəcək.

Bizimyol.info xəbər verir ki, "Daily Mail"in verdiyi məlumata görə, 44 yaşlı Noam Huppertt,əslən Avstraliya vətəndaşıdır, lakin aliment borcunu ödəməsə, 31 dekabr 9999-cu ilə qədər İsraili tərk edə bilməyəcək.

Məhkəmə Huppertin iki övladına 18 yaşına çatana qədər hər ay 5000 Şekel aliment ödəməsi barədə qərar verib. Qərarın 2013-cü ildə verildiyini bildirən Huppert: "Bu prosesdə iş üçün ölkədən kənara belə çıxa bilmədim. 2013-cü ildən İsrailə qapanıb qalmışam", - deyə bildirib.

Ehtimal olunur ki, səyahət qadağasının müddəti bitən il belə seçilib, çünki polis kompüter sisteminin icazə verdiyi ən yüksək rəqəm 9999 olub.

Digər tərəfdən, bu, İsraildə boşanma hallarında ilk qeyri-mütənasiblik deyil. 2019-cu ildə yaradılan “Çıxış qadağandır” adlı internet saytında bir çox atanın səyahətə qadağa qoyulduğu və buna görə də boşana bilməyəcəyi ifadə edilib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »