Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa İttifaqı Ukrayna ilə hərbi və iqtisadi əlaqələri gücləndirir
Avropa İttifaqı Ukrayna ilə hərbi və iqtisadi əlaqələri gücləndirir

Josep Borrell bildirib ki, o, tezliklə Ukraynaya Avropa İttifaqının "Hərbi məsləhət və təlim missiyası" ilə bağlı təkliflər təqdim etmək niyyətindədir.

Bizimyol.info xəbər verir ki, bu barədə Borrell Almaniyanın “Welt” qəzetinə bildirib.

"Biz Aİ-nin Ukraynada hərbi məsləhət və təlim missiyası haqqında düşünürük. Avropalı hərbi təlimatçılar Ukrayna ordusunun rəhbərliyinə təlim keçə bilər...

Yaxın vaxtlarda Aİ ölkələrinə təklif təqdim edəcəyəm”, - deyə Aİ diplomatiyasının rəhbəri qeyd edib.

Onun sözlərinə görə, Aİ artıq Ukraynanın ehtiyaclarını, yardımın konkret variantlarını, belə bir missiyanın xərclərini və onun iştirakçılarının təxmini tərkibini qiymətləndirib. Siyasətçi əlavə edib ki, Aİ artıq Ukraynaya əhəmiyyətli, o cümlədən maliyyə yardımı edib. Aİ Ukrayna ilə ticarəti gücləndirir və iqtisadi əlaqələri gücləndirir.

"Mən, məsələn, ötən həftə Ukrayna ordusuna dəstək üçün daha 31 milyon avro ayırmaq qərarına gəldim. Bu, logistik potensialın gücləndirilməsinə və kiberhücumlarla mübarizəyə kömək edir", - deyə diplomat bildirib.

Bizimyol.info

Paylaş »
››› "Cütlüklərə zəng edirlər ki, boşanın, sizi evlə təmin edək" - "Qaçqınkom"-da nə baş verir...
››› Zelenski xalqa müraciət edib: "...Qaçmağa başqa yerimiz yoxdur"
››› Qazaxıstan XİN Tokayevin "xəbərdarlıq etmədən güllələmək" əmrini açıqlayıb
››› 67 ildir yuyunmur, ölü heyvan əti ilə qidalanır, amma tam sağlamdır - Foto
››› "Rusiya sovet hökümətinin varisidirsə, bu hadisə ilə də üzləşməli idi"
››› 20 Yanvar və Çin...
››› Yanvarın 21-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »