Bakı şəhərində ikimərtəbəli obyektdə yanğın olub.
Bizimyol.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, paytaxtın Yasamal rayonunda ümumi sahəsi 120 m² (hər mərtəbəsi 60 m²) olan ikimərtəbəli obyektin birinci mərtəbəsində yerləşən dönərxananın yanar konstruksiyaları 7 m² sahədə və içərisində 1 ədəd kassa aparatı yanıb.
Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Daha bir yanğın hadisəsi Ağstafa şəhərində baş verib.
Belə ki, ümumi sahəsi 150 m² olan çörəkbişirmə sexinin yanar konstruksiyaları, bitişik ümumi sahəsi 200 m² olan quşçuluq sexinin yanar konstruksiyaları və yaxınlıqda dayanan “Toyota” markalı minik avtomobilinin salonu və mühərrik hissəsi yanıb. Bitişik ev və tövlə yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;