Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran XİN: "Nüvə danışıqları düzgün istiqamətdə gedir"
İran XİN: "Nüvə danışıqları düzgün istiqamətdə gedir"

"Vyanada nüvə sazişi üzrə danışıqlar düzgün istiqamətdə gedir və Qərb ölkələri xoş niyyət nümayiş etdirsələr, çox yaxın gələcəkdə konsensus əldə oluna bilər".

"Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bildirib.

“Komandamızın diqqət mərkəzində olduğu vahid mətni hazırlamaq çox vacibdir. Öz növbəsində, qarşı tərəf fikir ayrılığı yaradan məsələlərə diqqət yetirməlidir”, - iranlı nazir deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı danışıqlarda fəal mövqe tutub.

“Əgər opponentlərimiz eyni yanaşma ilə danışıqları davam etdirsələr, o zaman yaxın gələcəkdə bütün tərəflər üçün məqbul olan razılaşma əldə oluna bilər”, - Abdullahiyan qeyd edib.

Dekabrın 27-də Vyanada İran və “4+1” qrupuna daxil olan ölkələrin iştirakı ilə nüvə sazişi üzrə danışıqların səkkizinci raundu başlayıb.

Vyanada İranla nüvə sazişi üzrə danışıqlar təxminən 9 aya yaxındır ki, davam edir.

Paylaş »
››› “Putin gözlənilməyən yerə hücum edəcək” - Siyahıda hansı ölkələr var?
››› Baş Prokurorluq "Ştutqart"-ın sahibi olan keçmiş deputatla bağlı cinayət işi açıb
››› Dolların bahalaşması təxirə düşdü: Dünyada baş verənlər manatı möhkəmləndirir...
››› Ət niyə bahalaşdı və ya "pulu kreditə ödəyək, yoxsa cəriməyə"...
››› Nazarbayev son çıxışında nələrə eyham vurdu: “Ola bilər, təhlükəsizlik zəmanəti alıb”
››› Prezident İradə Gülməmmədovanı vəzifəsindən azad edib
››› Lukaşenko referendumun vaxtını açıqladı
Son xəbərlər
Bütün xəbərlər »