Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Omikron" başa çatandan sonra toy və yas mərasimləri məsələsinə baxılacaq
"Omikron" başa çatandan sonra toy və yas mərasimləri məsələsinə baxılacaq

"Bizdə böyük məhdudiyyətlər aradan qaldırılıb. Amma bəzi tədbirlər var ki, orada yoluxmanın daha sürətlə baş verdiyini bilirik".

Bizimyol.info xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

"Belə mərasimlərdə, xüsusən də toy və yas məclislərində yoluxmalara daha çox rast gəlinir. Hazırda sürətlə yayılan təhlükəki "omikron" ştammının düyada geniş yayıldığı bir vaxtda belə kütləvi  tədbirlərin keçirilməsinin təhlükəli olduğu qənaətindəyik. "Omikron" başa çatandan sonra yeni yumşalmalara yəqin ki, baxıla bilər", - deyə Ş.Mövsümov bildirib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »