Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kiyev məhkəməsi Poroşenkonun vətənə dönməsini gözləyir
Kiyev məhkəməsi Poroşenkonun vətənə dönməsini gözləyir

Kiyevin Peçersk rayon məhkəməsinə Ukraynanın eks-prezidenti Pyotr Poroşenkonun dövlətə xəyanət işi üzrə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatət hələ də daxil olmayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə çərşənbə axşamı məhkəmənin mətbuat katibi Vitali Çerqavi bildirib.

Bir neçə gün Ukrayna Baş Prokurorluğunun mətbuat xidməti bildirmişdi ki, prokurorluq məhkəmədən Poroşenkonun vətənə xəyanət işi üzrə həbs olunmasını və təxminən 37 milyon dollar girov qoyulması ehtimalı ilə bağlı müraciət edəcəyini bildirib.

Ukraynanın “Avropa Həmrəyliyi” partiyası bunu siyasi repressiya hesab edir. Bir sıra Ukrayna KİV-lərinin məlumatına görə, Kiyev Peçersk məhkəməsi Poroşenkonun barəsində həbs qətimkan tədbiri seçilməsi üçün icazə verib.

Məhkəmə qərarı verilən gün Poroşenko Ukraynanı tərk edərək diplomatik səfərə çıxıb. Keçmiş prezidentinin Türkiyə və Polşaya səfərləri planlaşdırılıb. Deputat yanvarın ortalarında səfəri başa çatandan sonra vətənə qayıdacağını deyib.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »