Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bürcünüzə uğur gətirən qiymətli daş hansıdır...
Bürcünüzə uğur gətirən qiymətli daş hansıdır...

Pozitiv enerjiyə sahib olmaq istəyirsinizsə, təbii daşlardan istifadə etməlisiniz. Qədim zamanlardan bəri aksesusar kimi istifadə edilən daşlar XVI Polşada hər ay üçün bir daş moda simvoluna çevrilmişdi. Hətta bununla bağlı kitab da işıq üzü görmüşdü. Bu daşlar eyni zamanda bürc daşları adlanır.

Daşlar şəfalı gücə malikdir. Eyni zamanda auranı təmizləmək, saflaşdırmaq və yüksəltmək üçün də istifadə edilir. Daşlarda olan təbii enerji əsəb-sinir sistemi sakitləşdirməklə yanaşı özgüvəni artırır və münasibətləri konkretləşdirir.  Daşlardan eyni zamanda vanna qəbul edən zaman və yaxud içdiyiniz suya əlavə edərək detoks təsiri yarada bilərsiniz.

Təbii daşların özünüzü sevməklə və şəfa ilə əlaqəsi var. Buna görə də daşların enerjisini öyrənmək önəmlidir.

Yanvar - Lal daşı

Bu ayda doğulanlar, yəni Oğlaq və Dolça bürcü altında doğulanlar üçün lal daşı faydalıdır. Onlar sədaqəti, özünə inamı, motivasiyası, ixtiraları ilə həm iş, həm də şəxsi həyatında uğurlu olurlar. Canlandıran və enerji verən lal daşı bu xüsusiyyətlərini artırmaq üçün istifadə edilə bilər.

Fevral - Ametist

Ametist hissləri gücləndirir və auranı təmizləyir. Dolça və Balıqlar üçün uğurlu daşdır.

Mart - Akvamarin

Bu ayda Günəş, Balıq bürcündən yüksək enerjili Qoç bürcünə keçir. Hər iki bürcdə doğulanlar hirslərini və ehtiraslarını idarə etməyi öyrənməlidir. Buna görə də Akvamarin sakitləşdirmək, enerjini təmizləmək üçün önəmlidir.

Aprel - Almaz

Almazlar çakraların sakitləşməsinə yardım edir. Qoç və Buğa aprel ayının bürcləridir. Əgər həyatlarına almazı daxil etsələr, daha çox uğur qazanarlar.

May - Zümrüd

May, açıqfikirliliyi ortaya gətirir. Zümrüd, yenilikçi və dönüşdürücü fikirlər üçün düşüncə gücünü artırır. Zümrüd, May ayına axıcılıq qazandırır.

İyun - Mirvari

Mirvari Əkizlər və Xərçəng bürücünü sakitləşdirən daşdır. Onlara qarşı tərəflə empati qurmağa və onların duyğu və düşüncələrini anlamasına yardım edir.

İyul - Yaqut

İyul, ehtirasın və coşğunun ayıdır. Bu ayda Günəş duyğusal Xərçəng bürcündən həyəcanlı Şir bürcünə keçir. Üzərində Yaqut gəzdirən Xərçəng və Şirlər böyük uğurlar əldə edə bilərlər.

Avqust - Peridot

Avqust Qız bürücünün ayı hesab edilir. Bu ayda duyğular sakitləşir və balanslaşır. Peridot daşı rahatlaşmağa və duyğuların sakitləşməsinə yardım edir.

Sentyabr - Safir

Safir eyni zamanda eşq daşı olaraq tanınır. İnsanları bir araya gətirməyə yardım edir.

Oktyabr - Opal

Tərəzi və Əqrəb sədaqətə önəm verən bürclərdir. Opal isə, bağlılğı və duyğusal hadisələrdəki sıxlığı artırır. Eyni zamanda duyğusal dünyamızdaki neqativ enerjiləri təmizləyir.

Noyabr - Topaz

Noyabr ayı bir az qorxuducu ola bilər. Topaz Əqrəb və Oxatan bürcünü əhatə edən bu ayda metafiziki hisslərinizlə əalqə yaratmağınıza yardım edə bilər.

Dekabr - Firuzə

Firuzə daşı, enerjinin daimi olmasını təmin edir. Bu daş, eyni zamanda şəfa və fərqliliklərinizi üzə çıxarar.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »