Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İstanbul-İrəvan marşrutu üzrə uçuşlar da tezliklə başalayacaq"
"İstanbul-İrəvan marşrutu üzrə uçuşlar da tezliklə başalayacaq"

Son dövrlər Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində bir sıra addımlar atılır. Rəsmi şəxslər tərəfindən müsbət mesajlar verilir. Bu xüsusda Türkiyə və Ermənistan arasında münasibətlərin daha da normallaşdırılması istiqmaətində ilk iclas Moskvada keçiriləcək.

Politoloq İlyas Hüseynzadə Bizimyol.info saytına açıqlamasında bildirir ki, regionda ciddi geo-siyasi proseslər də davam etməkdədir. 3+3 formatında artıq ilk görüş də keçirilib.

“Bununla yanaşı qeyd etməliyik ki, İstanbul-İrəvan marşrutu üzrə uçuşlar da tezliklə başalayacaq. Artıq uçuş həyata keçirən şirkətlər də müəyyənləşdirilib. Türkiyə və Ermənistan arasında danışıqlarda iştirak etmək üçün tərəflər də müəyyənləşdirilib. Türkiyə və Ermənistan arasındakı danışıqlarda iştirak etmək üçün xüsusi nümayəndələr də təyin edilib. Türkiyəni ABŞ-dakı sabiq səfiri, təcrübəli diplomat Sərdar Kılıç və Ermənistanı parlamentin spiker müavini Ruben Rubenyanın təmsil edəcəyi planlaşdırılır”.

Politoloq bildirir ki, görüşdə bir sıra müzakirə edilə bilər. Və önəmlidir ki, bu məsələlər Rusiyanın paytaxtında müzakirə olunacaq.

“Rusiya münasibətlərin normallaşdırlması istiqamətində moderator kimi çıxış edəcək. Ümumiyyətlə, cənubi Qafqazda baş verən mühim proseslərdə Rusiya öz varlığını qoruyub saxlamaq və burada böyük güc olduğunu göstərmək istiqamətində hər zaman təşəbbüslərlə fərqlənib”,- deyən ekspert bildirib ki, Türkiyənin xarici işlər Naziri Mövlud Çavuşoğlu da xarici siyasət sahəsində 2021-ci ilin yekunları ilə bağlı Ermənistanla münasibətlərin normallaşdırıması istiqamətindəki prespektivlər haqqında söz açarkən bu məsələlərə toxunub.

Ermənistanın ərazisindən keçməklə, Azərbaycanın əsas hissəsindən Naxçıvan arasında istifadəyə verilməsi planlaşdırılan Zəngəzur dəhlizi üzərindən yüklərin daşınması, bu gün siyasi gündəliyin əsas prioritet vəzifəsidir. Və bu xüsusda, Türkiyə və Ermənistan arasında iqtisadi ticari münasibətlər formalaşa bilər. Eyni zamanda Çinin üzərindən gələn yüklərin mərkəzi Asiyaya və Xəzərdən keçməklə Azərbaycan-Ermənistan-Türkiyə-Avropa marşrutu istiqamətində bir sıra məsələlər müzakirə olunur.

Regionda münasibətlərin daha da normal məcraya gəlməsi üçün önəmli Soçi və Brüssel görüşləri keçirilmişdi. Bu gün Sankt Peterburqda MDB dövlət başçılarının zirvəsi əsnasında Azərbaycan və Ermənistan liderlərinin görüşü də planlaşdırılıb. Və bütün bu görüşlərin intensivliyi regionda sülhün qorunmasına xidmət edir. Eskalasiya risklərini minimallaşdırır.

Eyni zamanda həm də əməkdaşlıq mühitini daha sağlam zəminə çəkir. Və artıq müharibə bitdiyi və münaqişə arxada qaldığı üçün Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırması istiqamətində təşəbbüslər də görünür. Lakin münasibətlərin məhz iqtisadi-ticari anlamda irəli çəkilməsi ilə yanaşı, həm də siyasi və təhlükəsizlik məsələlərinə diqqət çəkmək lazımdır. Nəzərə almaq laızmdır ki, Ermənistanın konstitutsiyasında, eləcə də Milli Təhlükəsizlik strategiyasında açıq şəkildə Trükiyəyə qarşı ərazi iddiaları qeyd olunur. Bu xəyali iddialardan və ambisiyalardan Ermənistan tərəfi çəkinməlidir və reallığa qayıtmalıdır.

Ekspert hesab edir ki, Türkiyə ilə diplomatik sahədə olan təmaslar Ermənistanı gerçək həyatdakı reallıq hissinə qaytaracaqdır.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »