Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
2022-ci ildə dünyanı nələr gözləyir... - Astroloqlardan proqnozlar
2022-ci ildə dünyanı nələr gözləyir... - Astroloqlardan proqnozlar

Hər il ilin necə keçəcəyi barədə astroloqlar müxtəlif açıqlamalar verirlər. Çox zaman ümumi sözlər deyilsə də, bəzən verilən proqnozlar öz yerini tutur. Ötən il astroloqlardan biri demişdi ki, 2022-ci il daha ağır olacaq. Yəni 2021-ci il, 2020-dən qaynaqlandığı üçün orta ağırlıqlı, 2022 isə daha ağır olacaq. Bu qorxuducu proqnozlar hər il verilir. Əslində isə, astroloqlar gündəmə nəzər yetirərək öz fikirlərini formlaşadırıb bildirirlər. Burada 6-cı hissin önəmi böyükdür.

Yenə də astroloqlar proqnozlar verir…

Deyirlər ki, 2022-ci ildə 1929-cu il Böyük Depressiya böhranına bənzər vəziyyətə doğru addımlamağa başlayacağıq. Bu barədə Türkiyə və Avropa astroloqları proqnoz veriblər. Onların hesablamalarına görə, 2023-2024-cü ildə bütün dünya iqtisadi baxımdan böhranda olacaq.

Dünyada qida çatışmazlığı müşahidə ediləcək. 2022-ci il 2001, 2002 və 2003-cü illəri xatırladaq. Dünyanı 2022-ci ildə qıtlıq gözləyir. Bu böhran Çin və ABŞ kimi ölkələrdən də yan keçməyəcək.

2022-ci il eyni zamanda yaddaşlarda təbii fəlakətlər ili kimi də qalacaq. Xüsusilə 5 fevral, 1 dekabr, 10 dekabr, 13 dekabr tarixlərinə xüsusilə diqqət yetirməlisiniz. Bu tarixlərdə təbii fəalkətlər gözlənilir.

Bu il həm də quraqlıq ili olacaq. Kənd təsərrüfatı sahəsi bütün dövlətlər üçün önəmlidir. Susuzluq bu sahəni çıxılmaz vəziyyətə sala bilər. 2023-cü ildən sonra su müharibələri başlaya bilər.

Ötən ilin sonları bütün dünya üçün iqtisadi baxımdan hərəkətli keçdi. 2022-ci il isə bank ili kimi xarakterizə edilə bilər.

2022-ci il dünyada müharibə ili kimi yadda qalacaq. Ümumiyyətlə, 2022-2024-cü illər bizim üçün bir keçid dövrü olacaq. 2022-ci ildə "nənə üsulu"na keçib kapital kimi qızıl alıb saxlamağınız, gələcəyinizə zəmanət verə bilər.

Qeyd edək ki, 2022-ci ildə 4 Ay və Günəş tutulması var. Bunlar 30 aprel, 16 may, 25 oktyabr və 8 noyabra təsadüf edəcək. Bu tarixlər 2002 və 2003-cü ildə də eyni idi. Yəni 2022-ci il, 2000-2003-ə bənzəyəcək.

Astroloqlar dolların yerində qalmayacağını, artan istiqamətdə oynayacağını da bildirir.

2022-ci ildən xətərsiz - salamat qurtulmaq üçün isə gəlir və xərclərinizi bir-birinə uyğunlaşdırmağa çalışmalısınız. Kreditlərdən uzaq olmalısınız. Çünki aldıqlarınızı verə bilməmək sıxıntısı ilə qarşılaşa bilərsiniz.

Ev-avtomobil almaq üçün uyğun ildir. Çünki 2022-ci ili keçid ili hesab etmək olar. Bu il ala bilməsəniz, sonra çətin alasınız.

Bütün ölkələr qida və su çatışmazlığı yaşayacaq. Bu fonda xəstəliklərin azalacağını gözləmək olmaz.

Qaydalar hamı üçün olsa da, bəzən qaydalardan yayınırıq. 2022-ci ili qaydalara uyğunlaşaraq yaşasanız, yaxşı bacaracaqsınız.

Bəzi iş yerlərinin bağlanması, bəzi işçilərin işsiz qalması və s. gözlənilir.

Bütün bunlara baxmayaraq, yeni ilə ümidlə başlamağa çalışın. Proqnozlar hökm deyil. Hər şey bu pronozların tam əksinə də ola bilər...

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »