Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nağdsız ödənişlərə qarşı ögey münasibət, gizlədilən terminallar…
Nağdsız ödənişlərə qarşı ögey münasibət, gizlədilən terminallar…

Son illərdə ölkəmizdə nağdsız ödənişlərin sayında artım müşahidə edilir. Lakin bir çox ticarət obyektləri, restoranlar, taksi xidmətləri və s. nədənsə, nağdsız ödənişlərə qarşı ögey münasibət nümayiş etdirirlər. Məsələn, online taski sifariş edirsiniz və sürücü sizin kartla ödəniş edəcəyinizi bildikdə sifarişi ləğv edir, hansısa geyim dükanında kartla ödəniş etməməyiniz üçün min bir bəhanələr gətilir, teminalın işləmədiyi deyilir və s. Hətta bu günlərdə aldığın geyimin ölçüsünü dəyişmək istədikdə kartla ödəniş etdiyim üçün bunun mümkünsüz olduğuna məni inandırmağa çalışdılar. Uzun sözün qısası sahibkarlar kartla ödənişin qarşısını almaq üçün “dəridən, qabıqdan çıxırlar”.

Nağdsiz ödənişlərə qarşı ögey münsibət nədən irəli gəlir? Sahibkarları nağdsız ödənişlərə cəlb etməyin hansı yolları var?

İqtisadçı Natiq Cəfərli Bizimyol.info-nun suallarını cavablandıran zaman bildirib ki, bəzi ticarət obyektləri dövriyənin tamamının şəffaf şəkildə görünməsindən o qədər də məmnun deyillər. Ona görə də kartla ödənişlərdən daha çox nəğd ödənişlərə üstünlük verirlər.

Natiq Cəfərli Natiq Cəfərli

“Nağdsız ödənişlərin üstünlüyü odur ki, dövriyyənin vergidən gizlədilməsini, yayındırılmasını mümükünsüz edir. Nəğd ödənişləri isə istənilən halda dövriyyədən gizlətmık mümkündür və bunun mexanizləri, yolları var. Amma kartla ödənişlər terminaldan keçərkən online qaydada qeydiyyata da düşdüyündən, onu dövriyyədən gizlətmək, az göstərmək mümkün deyil. Kartla ödənişlərə iş adamlarının, kiçik sahibkarların maraq göstərməməsinin əsas səbəblərindən biri məhz bu dövriyyə ilə bağlı məsələdir.

Bununla bağlı Dövlət Vergi Xidməti monitorinqlər aparır. Amma onu da nəzər almaq lazımdır ki, tək Bakı şəhərində təqribən 26-27 min satış nöqtəsi var. Hələ bu rəqəmlərə taksilər və s. daxil edilmir. Vergi Departamentinin işçilərinin sayı isə 2000-ə yaxındır. Buna görə də bu obyektlərin hamısını yoxlamaq, nəzarətdə saxlamaq mümkün deyil.

Bu hallarla hətta xarici ölkələrdə də rastlaşmaq mümkündür. Orada nağd ödəniş etdikdə hətta sənə endirimlər edirlər. Bu geniş yayılmış problemdir”.

İqtisadçının sözlərinə görə, bu məsələ tək cəza mexanizmi ilə həll oluna bilməz.

“Dövlət tək caza yox, təşviq mexanizmi ilə də iş adamlarına təsir etməyi bacarmalıdır. Elə bir mexanizm olmalıdır ki, kartla ödəniş etmək iş adamlarına da sərf etsin. Məsələn, qanunla tənzimlənən belə bir müddəa olsa ki, kartla ödənişlərin həcmi ümumi ticarət dövriyyəsinin 50 faizini keçəndə 1-2 faiz vergi güzəştləri tətbiq oluna bilər. Bu zaman iş adamlarının da marağı yaranacaq ki, kartla ödənişləri qəbul etsinlər”.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
››› Bakıda qəribə olay: Vəkil qarşı tərəfi döyməkdə günahlandırılır
››› Doğuşlara qoyulan fantastik qiymətlər: Hansı günümüzə yaraşır?..
››› Boş verin heykəlləri-filan...
››› Sabiq biznesmen deputat Qarabağ qazisinə "pul atmaqda" ittiham olunur
››› Hacı Zeynalabdin Tağıyev bu gün sağ olsaydı…
››› Eldar Həsənova hökm oxunub
››› Böyük Britaniya Rusiyanın qonşuluğuna ordu toplayır
Son xəbərlər
Bütün xəbərlər »