Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident İlham Əliyev Rusiyaya səfərə gəlib
Prezident İlham Əliyev Rusiyaya səfərə gəlib

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının görüşündə iştirak etmək üçün dekabrın 28-də Sankt-Peterburq şəhərinə səfərə gəlib.

Bizimyol.info xəbər verir ki, Sankt-Peterburq şəhərinin Pulkovo-2 hava limanında dövlət başçısını Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko və digər rəsmi şəxslər qarşıladılar.

Əvvəlcə MDB dövlət başçıları birgə foto çəkdirdilər.

Rusiya Prezidenti Vladimir Putin görüşdə çıxış etdi.

Sonra koronavirus pandemiyasına qarşı mübarizə məsələləri ətrafında fikir mübadiləsi aparıldı.

Görüş davam edir.

Son xəbərlər
Bütün xəbərlər »