Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Bəzən qadınlar düşünür ki, övladı olsa, həyatları daha gözəl olaacq"
“Bəzən qadınlar düşünür ki, övladı olsa, həyatları daha gözəl olaacq"

Son illər nikahların azalması, boşanmaların artması, doğulan uşaqlar arasında cins nisbətinin pozulması ailədaxili münasibətlərin tənzimlənməsi sahəsində bir sıra boşluqların olmasını sübut edir. Belə ki, son 10 ildə əhalinin hər 1000 nəfərinə nikahların ümumi əmsalı 8,9-dan 3,5 -ə düşüb. Həmin müddət ərzində isə əhalinin hər 1000 nəfərinə boşanmaları ümumi əmsalı 1- dən 1,5-ə qədər artıb. Yəni 2010- cu ildə nikahların sayı 79 172, boşanmaların sayı 9 061, 2020-ci ildə isə nikahların sayı 35 348, boşanmaların sayı isə 14 628 olub.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova yerli mətbuata açıqlamasında bildirib ki, burada müxtəlif səbəblər var.

Lakin daha dərin səbələr əsasən, patriarxal mədəniyyət və tərbiyənin və yanlış stereotiplərin təsiri, ailədaxili münasibətlərin düzgün qurulmaması, ailədə rol və vəzifələrin, eləcə də məsuliyyətin aydın olmaması; ailə üzvlərinin psixoloji uyğunluğunun olmamasıdır.

Boşanmalar niyə artır?

Psixoloq Zeynəb Eyyubova bizimyol.info-ya açıqlamasında bildriirb ki, boşanmaya səbəb ailələrin çox qısa müddətdə, bir-birini tanımadan, bir-birinin nə istədiyini bilmədən ailə qurub, sonradan tanımaq olur. Yəni ailə quran şəxslər bir-birinin hədəfini, məqsədini bilmədiyi üçün bu problemlər yaşanır.

Son dövrdə seriallar, müasir həyat, sosial sfera ailə həyatını təbliğ etmir. Sadə bir problemdən ötrü ailə həyatının dağılması təbliğ edilir.

Bəzən qadınlar düşünür ki, övlad dünyaya gətirməklə həyatları daha gözəl olaacq. Bunun əksi ilə qarşıladşıqları zaman isə nə edəcəklərini bilmirlər. Unutmamaq lazımdır ki, övlad xoşbəxtlik üçün “green card” deyil. İnsan özü xoşbəxt olmağı bacarmalıdır. Azərbaycan bütün dünyada fəaliyyətlərə qoşulur. Filmlərdə, seriallarda gördüklərini edir. Ancaq uşaqla bağlı heç nə etmir. Həmin o seriallarda uşaqlar üçün ayrı otaq olur”,- deyə psixoloq qeyd edib.

Onun sözlərinə görə, ailədə uşaq doğulduqdan sonra cinsi həyatı bir kənara qoyurlar. Bu da xəyanətlə nəticələnir.

P.S. Boşanmalara əsasə xarakterlərin uyğun olmaması, istək və dünyaya baxışın fərqli olması, iqtisadi sıxıntılar və s. səbəb olur. Boşanmalarınq arşısını almaq mümkün deyil Çünki hu fərdlər tərəfindən verilmiş qərardır. Ailələrin qurulması zamanı fərdlər bir-birini yaxından tanımalı və bunda sonra ailə qurmağa qərar verməlidirlər.

Dünyaya baxışı, istəkləri, arzuları, zövqləri fərqli olan insanlar uzun müddət bir evin içində yaşaya bilməz. Bunu fərdlər öncədən anlamalı, ailə qurmaq xatirinə ailə qurmaamlıdır. Ailə biri ilə uzun bir yol bir yol getməkdir. Bu uzun yolda çörəyini bölmək, dayaq olmaq, güzəştə getməkdir, geri çəkilməmək, yarıyolda buraxmamaqdır.

Yola çıxacağınız insanları tanıyıb, sonra qərar verin ki, nə sizi yarı yolda buraxsınlar, nə də siz kimisə yarıyolda buraxasınız. Ruh əkizini tapmaq, çətindir. Amma bu o demək deyil ki, fərqli biri ilə ailə qurmaq xatirinə ailə qurmalısan.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »