Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan Prezidenti və Ermənistan baş naziri arasında növbəti görüş olacaqmı...
Azərbaycan Prezidenti və Ermənistan baş naziri arasında növbəti görüş olacaqmı...

Ermənistan hökümətinin mətbuat xidmətinin yaydığı məlumata görə, Ermənistanın Baş naziri Nikol Paşinyan dekabrın 28-də Rusiyaya işgüzar səfərə gedəcək. Məlumatda qeyd olunur ki, Ermənistan hökumətinin başçısı MDB ölkələri liderlərinin Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi görüşündə iştirak edəcək.

Bundan əvvəl Paşinyan onlayn mətbuat konfransı zamanı bildirib ki, MDB-nin qeyri-rəsmi sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə ikitərəfli görüşlə bağlı rəsmi təklif yoxdur. Amma istənilən halda, İlham Əliyevlə ünsiyyət olacaq.

Siyasi şərhçi Məhəmməd Əsədullazadə məsələ ilə bağlı Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, Rusiyada imzalanan 10 noyabr, 11 yanvar və Soçi Bəyənnaməsindən irəli gələn öhtəlikləri Ermənistan tərəfi yerinə yetirməli, Brüssel görüşündə əldə olunan razılaşmalarla bağlı prezidentlər arasında görüş, fikir mübadiləsi baş tuta bilər.

Məhəmməd Əsədullazadə Məhəmməd Əsədullazadə

“MDB dövlət başçılarının Rusiyada keçirilən qeyri-rəsmi zirvə toplantısında Ermanistan da iştirak edir. Düşünürəm ki, burada Azərbaycan Prezidenti İlham Əliyevlə qeyri-rəsmi görüş olacaq. Burada isə Qarabağ məsələsi müzakirə olunmayacaq. Çünki bu məsələ artıq bitib, xırda problemlər isə artıq Rusiya ilə həll olunmalıdır. Nikol Paşinyanın isə Qarabağda olan etnik ermənilər üzərində hər hansı hərbi, siyasi mövqeyi yoxdur.

Təbii ki, Rusiyada imzalanan 10 noyabr, 11 yanvar və Soçi Bəyənnaməsindən irəli gələn öhtəlikləri Ermənistan tərəfi yerinə yetirməli, Brüssel görüşündə əldə olunan razılaşmalar həyata keçirilməlidir. Yəni, bu xüsusda prezident İlham Əliyevlə görüş, fikir mübadiləsi ola bilər. Hətta növbəti şifahi razılaşma da ola bilər.

Artıq dövlət sərhəddində insidentlər yaşanmır, Nikol Paşinyan da müəyyən dərəcədə müəyyən dərəcədə praqmatik, Azərbaycanın diktə etdiyi şəkildə açıqlamalar verir. Buna görə də prezidentlər arasında görüş olarsa, bu, pozitiv ortamda olacaq”.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »