Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Udmurtiyada helikopter sərt eniş edib, ölən və xəsarət alan var
Udmurtiyada helikopter sərt eniş edib, ölən və xəsarət alan var

"Udmurtiyada helikopterin sərt enişi nəticəsində iki ekipaj üzvündən biri həlak olub, ikincisi isə ağır xəsarətlər alıb. Hazırda ona bütün lazımi tibbi yardım göstərilir".

Bizimyol.info TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Udmurtiya Respublikasının başçısı Aleksandr Breçalov “VKontakte” səhifəsində bildirib.

"Xilasedicilər göyərtəsində iki nəfərin olduğu, sərt eniş edən helikopteri tapıblar. Təəssüf ki, bir ekipaj üzvü həlak olub. Hazırda ikinciyə bütün lazımi köməklik göstərilir. Hadisənin baş vermə şəraiti araşdırılır", - Breçalov yazıb.

Bazar ertəsi Moskva vaxtı ilə saat 14:15-də vertolyotun pilotundan respublikanın Yakşur-Bodinski bölgəsində sərt enişlə bağlı xəbər gəlib. Udmurtiya hökumətinin sədri Yaroslav Semyonov hadisənın Uvinski rayonunda baş verdiyini bildirib. Rusiya İstintaq Komitəsinin Nəqliyyat üzrə Mərkəzi Yerli Administrasiyasının ilkin məlumatına görə, "Mi-2" helikopteri neft kəməri üzərində uçuş edirkən  qəzaya uğrayıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »