Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rayonda qohumunun evindən oğurladığı qızılları Bakıda satıb
Rayonda qohumunun evindən oğurladığı qızılları Bakıda satıb

Oğuz şəhərində fərdi yaşayış evindən qızıl-zinət əşyaları və pul oğurlayan şəxs rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində saxlanılıb.

Bizimyol.info xəbər verir ki, DİN-nin Mətbuat xidmətindən verilən məlumata görə, Gənclik küçəsində yerləşən fərdi yaşayış evindən 5 min manat dəyərində qızıl-zinət əşyaları, eləcə də pulun oğurlanması barədə polisə müraciət daxil olub.

Müraciət əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törədən şəxsin rayonun Şirvanlı kənd sakini, zərərçəkmişin qohumu Ramazan Məmmədzadə olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılıb. R.Məmmədzadə ifadəsində əməlini etiraf edib. Qohumunun evindən qızılları oğurladıqdan sonra Bakı şəhərinə getdiyini və orada satdığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Paylaş »
››› Pensiyasını almaq üçün cəsədi poçt şöbəsinə aparıblar
››› Rusiyada buzlu çaya girən qadın yoxa çıxdı - Video
››› NK karantin rejiminin dəyişməsi ilə bağlı qərarlar qəbul edib
››› Yanvarın 23-nə olan hava proqnozu
››› Yuxuda dəniz görmək nə vəd edir - Yuxuyozma
››› ABŞ-ın yeni hərbi yardımı Ukraynaya çatdırılıb
››› Sərnişin maska ​​taxmadığına görə, təyyarə yarı yoldan geri dönüb
Son xəbərlər
Bütün xəbərlər »