Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya ilə Ukrayna arasındakı gərginlik Moldova prezidentini qorxdur
Rusiya ilə Ukrayna arasındakı gərginlik Moldova prezidentini qorxdur

Moldova prezidenti Maya Sandu Rusiya, Ukrayna və Qərb arasında gərginliyin onun ölkəsinə də təsir edə biləcəyindən ehtiyat edir.

Bizimyol.info xəbər verir ki, o, bu barə "ProTV"yə müsahibəsində bildirib.

"Vəziyyət çox ciddidir, vəziyyəti sülh yolu ilə həll etməyə çalışan əsas qüvvələr və təşkilatlar hadisəyə cəlb olunub. Ümid edirəm ki, anlaşmaq mümkün olacaq, vəziyyət daha da pisləşməyəcək. Biz də məlumat toplayırıq, təhlillər aparırıq, vəziyyəti tərəfdaşlarla müzakirə edirik, qonşu dövlətlərdə baş verə biləcək münaqişənin bizim ölkəmizə də mənfi təsiri olacaq və bölgədə hər kəs üçün çətin vəziyyət yarana bilər", - deyə prezident qeyd edib.

Moskva ilə Kiyev arasında münasibətlər Krımın Rusiyaya birləşdirilməsindən sonra və Donbassdakı silahlı münaqişə fonunda pisləşib. Ukrayna hakimiyyəti dəfələrlə Rusiyanı dövlətin daxili işlərinə qarışmaqda ittiham edib və 2015-ci ilin yanvarında onu rəsmən “təcavüzkar ölkə” elan edib.

Rusiya Federasiyası dəfələrlə vurğulayıb ki, o, Ukraynanın daxili münaqişəsində iştirak etmir və Minsk razılaşmalarının subyekti deyil.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »