Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Omikron” ştamına görə dünyada 2,5 mindən çox aviareys ləğv edilib
“Omikron” ştamına görə dünyada 2,5 mindən çox aviareys ləğv edilib

Koronavirusun “omikron” ştamının yayılması fonunda dünya üzrə hava yolları bazar ertəsi günü (27 dekabr – Red) 2,5 mindən çox aviareysi ləğv edib.

“Report” xəbər verir ki, müvafiq məlumatlar təyyarələrin hərəkətini izləyən FlightAware portalında dərc edilib.

Qeyd olunub ki, bazar ertəsi 2 522 reys ləğv edilib, 7 690-ı yubanıb. Ləğv edilən aviareyslərin əksəriyyəti ABŞ-da olub. Belə ki, “Delta Air Lines”, “United Airlines”, “JetBlue Airways” və “American Airlines” aviaşirkətləri Milad bayramlarına nəzərdə tutulan minə yaxın artıq reysi ləğv ediblər. Söhbət həm daxili, həm də beynəlxalq uçuşlardan gedir.

Aviaşirkətlər “omikron” ştamının personal, o cümlədən pilotlar arasında yayılması səbəbindən reysləri ləğv ediblər. Belə ki, ötən bazar günü ABŞ-da aviaşirkət işçilərinin xəstəlik məzuniyyəti almağa məcbur olması səbəbindən 1,2 min reys təxirə salınıb.

Paylaş »
››› Ailə qurarkən bədən qoxusunun önəmi: "Bu, sizə gülməli gələ bilər, amma reallıqdır"
››› Hansı bürc hansı şəkildə təriflənməyi daha çox sevər
››› Ermənistan Prezidenti Armen Sarkisyan istefa verib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Sədərək Ticarət Mərkəzində qadınları necə aldadırlar...
››› Snopp Dogg Azərbaycan rejissorunun videosunu paylaşıb - Video
››› Azərbaycanda neft yataqları köhnəlir: Hasilatın azalması hansı problemlərə yol aça bilər?
Son xəbərlər
Bütün xəbərlər »