Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyanın Müdafiə Nazirliyi: “NATO Rusiya ilə silahlı münaqişəyə hazırlaşır”
Rusiyanın Müdafiə Nazirliyi: “NATO Rusiya ilə silahlı münaqişəyə hazırlaşır”

"Şimali Atlantika Alyansı Rusiya ilə genişmiqyaslı münaqişəyə hazırlaşır".

APA-nın xəbərinə görə, bu barədə Rusiya Federasiyasının müdafiə nazirinin müavini Aleksandr Fomin xarici ölkələrin Moskvada akkreditasiya olunmuş hərbi attaşeləri üçün keçirdiyi brifinqdə bildirib.

“Blokun hərbi quruculuğu bütövlüklə Rusiya ilə yüksək intensivlikli hərbi konfliktə yönəlib” deyə, Fomin əlavə edib.

Fomin vurğulayıb ki, NATO-nun doktrina sənədlərində, o cümlədən 2019-cu ilin hərbi strategiyasında Rusiya “koalisyon təhlükəsizliyə birbaşa təhlükə kimi göstərilir”.

Nazir müavini eyni zamanda xatırladıb ki, “Roma bəyannaməsi öz qüvvəsində qalır. Bu bəyannamədə göstərilib ki, Rusiya və Alyans bir-birini düşmən kimi görmür. Bu müddəa 2010-cu ildə Lissabonda keçirilən NATO-Rusiya sammitində də təsdiqlənib”.

Paylaş »
››› “Putin gözlənilməyən yerə hücum edəcək” - Siyahıda hansı ölkələr var?
››› Baş Prokurorluq "Ştutqart"-ın sahibi olan keçmiş deputatla bağlı cinayət işi açıb
››› Dolların bahalaşması təxirə düşdü: Dünyada baş verənlər manatı möhkəmləndirir...
››› Ət niyə bahalaşdı və ya "pulu kreditə ödəyək, yoxsa cəriməyə"...
››› Nazarbayev son çıxışında nələrə eyham vurdu: “Ola bilər, təhlükəsizlik zəmanəti alıb”
››› Dünyanın ən bahalı evi hərraca çıxarılıb - Foto
››› Prezident İradə Gülməmmədovanı vəzifəsindən azad edib
Son xəbərlər
Bütün xəbərlər »