Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident İlham Əliyev İsrailə səfərə dəvət olunub
Prezident İlham Əliyev İsrailə səfərə dəvət olunub

İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi ölkəsinə səfərə dəvət edib.

"Bizimyol.info" xəbər verir ki, o, bu barədə Azərbaycan liderinə ünvanladığı təbrik məktubunda qeyd edib.

"İcazə verin, Zati-alinizi İsrailə səfərə dəvət edim. Sizi İsraildə qəbul etmək mənim üçün həqiqətən xoş olacaqdır və bu, xalqlarımız arasında əhəmiyyətli təməl daşı olacaqdır. Həmçinin bu il biz Azərbaycan Respublikasının İsrail Dövlətində səfirliyinin açılacağına ümid edirik. Bu, Azərbaycanın Ticarət və Turizm nümayəndəliklərinin açılmasının təbii davamı olardı", - İ.Hersoq vurğulayıb.

Paylaş »
››› Ailə qurarkən bədən qoxusunun önəmi: "Bu, sizə gülməli gələ bilər, amma reallıqdır"
››› Hansı bürc hansı şəkildə təriflənməyi daha çox sevər
››› Ermənistan Prezidenti Armen Sarkisyan istefa verib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Sədərək Ticarət Mərkəzində qadınları necə aldadırlar...
››› Azərbaycanda neft yataqları köhnəlir: Hasilatın azalması hansı problemlərə yol aça bilər?
››› Snopp Dogg Azərbaycan rejissorunun videosunu paylaşıb - Video
Son xəbərlər
Bütün xəbərlər »