Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
DİM yanvar və fevralda keçiriləcək imtahanların tarixlərini açıqlayıb
DİM yanvar və fevralda keçiriləcək imtahanların tarixlərini açıqlayıb

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2022-ci ilin yanvar ayında dövlət qulluğuna (A növü) qəbul və Xarici İşlər Nazirliyinə diplomatik xidmətə qəbul imtahanı keçiriləcək.

Bizimyol.info xəbər verir ki, DİM-dən verilən məlumata görə, fevral ayında isə ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə uyğun sınaq imtahanı, dövlət qulluğuna (B növü) qəbul, magistratura səviyyəsinə qəbul imtahanı (I cəhd) və peşə liseyləri şagirdlərinin buraxılış imtahanının keçirilməsi nəzərdə tutulur.

Bütün imtahanların qrafiki ilə daha ətraflı cədvəldə tanış ola bilərsiniz:

İmtahanın adı

Tarixi

Dövlət qulluğu vəzifələri (A növü) üzrə test imtahanı

23 yanvar

Xarici İşlər Nazirliyinə diplomatik xidmətə qəbul imtahanı

23 yanvar

Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə uyğun sınaq imtahanı (I, II, III və IV qrup)13 fevral
Dövlət qulluğu vəzifələri (B növü) üzrə test imtahanı

13 fevral

III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə sınaq imtahanı

20 fevral

Magistratura səviyyəsinə qəbul imtahanı (I cəhd)

20 fevral

Peşə liseylərinin şagirdləri üçün buraxılış imtahanı

27 fevral

Peşə liseylərinin Azərbaycan dilindən fərqli dildə təhsil alan şagirdləri üçün dövlət dili (Azərbaycan dili) imtahanı

28 fevral

TOEFL imtahanı

8, 22 yanvar

12, 19 fevral

GRE imtahanı

9 yanvar

4 fevral

TKT (Teaching Knowledge Test) imtahanı

29 yanvar

Digər aylarda keçiriləcək imtahanların tarixləri müəyyən olunan kimi ictimaiyyətə məlumat veriləcək.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »