Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İrandan İsrailə hədə-qorxu simulyasiyası - Video
İrandan İsrailə hədə-qorxu simulyasiyası - Video

İsrail İrana hücum edəcəkmi? Son bir neçə aydır ki, İsrailin gündəmdə saxladığı suala İrandan cavab gəlib. “Böyük Peyğəmbər 17” adlı genişmiqyaslı hərbi təlimdə İsrailin "nüvə obyektləri" raketlər və pilotsuz uçuş aparatları ilə vurulub.

Bizimyol.info xəbər verir ki, internet resurslarında İranın "Böyük Peyğəmbər 17" hərbi təlimindən görüntülər yayılıb.

İran təlimlər üçün İsrailin Şimon Peres Nüvə Tədqiqatları Mərkəzi kimi tanınan Dimona nüvə obyektinin səhra ərazisində real ölçüdə modeli tikilib. Daha sonra həmin  mövqelərə ballistik raketlər və intiharçı pilotsuz təyyarələrlə hücum edilib.

Təlimdə İsrailin Dimona nüvə obyektinin modelləri 16 ballistik raket və 5 pilotsuz uçuş aparatı ilə hədəfə alınıb. İranın Baş Qərargah rəisi Məhəmməd Bakiri hərbi təlimin İsrailin təhdidlərinə cavab olduğunu bəyan edərək, bu təlimin İsrailin ən kiçik səhvində real ola biləcəyi ilə bağlı xəbərdarlıq edib.

İsrail rəhbərliyi isə Avstriyanın paytaxtı Vyanada başlayan nüvə razılaşmasına qayıtmaq üçün aparılan danışıqlarda Tehran rəhbərliyini nüvə obyektlərini hədəfə alacağı ilə hədələyib.

Bizimyol.info

Paylaş »
››› Ailə qurarkən bədən qoxusunun önəmi: "Bu, sizə gülməli gələ bilər, amma reallıqdır"
››› Hansı bürc hansı şəkildə təriflənməyi daha çox sevər
››› Snopp Dogg Azərbaycan rejissorunun videosunu paylaşıb - Video
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Sədərək Ticarət Mərkəzində qadınları necə aldadırlar...
››› Ermənistan Prezidenti Armen Sarkisyan istefa verib
››› Azərbaycanda neft yataqları köhnəlir: Hasilatın azalması hansı problemlərə yol aça bilər?
Son xəbərlər
Bütün xəbərlər »