Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Əgər Ermənistan yeni təxribatlar törədərsə, Türkiyə danışıqları dayandıracaq"
"Əgər Ermənistan yeni təxribatlar törədərsə, Türkiyə danışıqları dayandıracaq"

Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı ilk iclas Moskvada keçiriləcək. Bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Ankarada Türkiyənin xarici siyasəti sahəsində 2021-ci ilin yekunları ilə bağlı mətbuat konfransında deyib.

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Azərbaycan və Türkiyənin Ermənistanla sərhədləri açması məsələsinə də toxunub. Bildirib ki, hər mövzuda Azərbaycanla məsləhətləşərək qərar veririk: “Əgər irəlidə sərhədlərin açılması məsələsi gündəmə gələrsə, yenə də can Azərbaycanla məsləhətləşərik”.

Nazir bildirib ki, 3+3 formatında ilk görüş artıq keçirilib. Və İstanbul-İrəvan marşrutu il uçuşlar da tezliklə başlayacaq.

Xatırladaq ki, Türkiyə-Ermənistan danışıqlarında Türkiyəni ABŞ-dakı sabiq səfir Serdar Kılıç, Ermənistanı isə parlamentin spiker müavini Ruben Rubinyan təmsil edəcək.

Politoloq Tural İsmayılov Bizimyol.info saytına açıqlamasında bildirib ki, Türkiyə daim Ermənistanla münasibətləri normallaşdırmağa hazır olduğunu vurğulayıb. Lakin buna baxmayaraq, Ermənistanın Azərbaycan torpaqlarını 30 ildən artıq bir müddətdə işğal altında saxlaması və eyni zamanda Türkiyəyə qarşı ərazi iddiaları irəli sürməsi münasibətlərin normallaşma prosesi qarşısındakı ən böüyk əngəllərdən biri idi. Azərbaycan, 44 günlük zəfərdən sonra Ermənistanla münasibətləri normallaşdırmağa hazır olduğunu vurğulayıb.

Tural İsmayılov Tural İsmayılov

“Eyni zamanda Azərbaycanın bu mövqeyini 3+3 platforması çərçivəsində müdafiə edən Rəcəb Tayib Ərdoğan Ermənistanın bundan sonra təxribatlar törətməyəcəyi təqdirdə regionda reallaşacaq iqtisadi-siyasi gerçəkliklərdən faydalana biləcəyini vurğulayıb” - deyən politoloq hesab edir ki, bundan sonra Ermənistanın Türkiyə ilə münasibətləri yaxşılaşdırmaqdan başqa yolu qalmayıb. Belə ki, siyasi xaosun, iqtisadi çöküşün və eyni zamanda dağınıq ictimai-siyasi münasibətləri sisteminin girdabında qalan Ermənistan dövlətçiliyinin gələcəyini xilas etmək istəyirsə, Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmalıdır: “Ermənistanın Türkiyə ilə münasibətləri normal çərçivəyə salması birbaşa Azərbaycanın iradəsindən asılıdır. Əgər Ermənistan yenidən təxribatlar törədərsə, Türkiyə bu danışıqları dayandıracaq və Ermənistan növbəti dəfə regional layihələrdən təcrid olunacaq. Bunun əksi baş tutarsa, yəni qalib tərəf kimi Azərbaycanın diqtə etdiyi şərtləri Ermənistan yerinə yetirərsə, həm Türkiyə, həm Azərbaycanla münasibətlər normallaşacaq və bu normallaşmadan Ermənistan xalqı mühim pozitiv dividentlər əldə edə biləcək”.

Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Vahan Hunanyan öz "Twitter” səhifəsində qeyd edib ki, hazırda Ermənistan və Türkiyə xüsusi nümayəndələrinin görüşü ilə bağlı razılaşdırılmış tarixlər yoxdur.

İlahin, Bizimyol.info

Paylaş »
››› Bakıda qəribə olay: Vəkil qarşı tərəfi döyməkdə günahlandırılır
››› Doğuşlara qoyulan fantastik qiymətlər: Hansı günümüzə yaraşır?..
››› Boş verin heykəlləri-filan...
››› Sabiq biznesmen deputat Qarabağ qazisinə "pul atmaqda" ittiham olunur
››› Hacı Zeynalabdin Tağıyev bu gün sağ olsaydı…
››› Böyük Britaniya Rusiyanın qonşuluğuna ordu toplayır
››› Eldar Həsənova hökm oxunub
Son xəbərlər
Bütün xəbərlər »