Vladimir İliç Leninin cəsədinin Qırmızı Meydandakı məqbərədən çıxarılması məsələsi gündəmdə deyil, belə planlar yoxdur.
Bizimyol.info xəbər verir ki, bu barədə "TASS"a Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Xeyr, belə planlar yoxdur", - deyə Kremlin sözçüsü, yaxın gələcəkdə - məsələn, 2024-cü ildə Sovet lideri olmuş Leninin ölümünün 100 illikyini qeyd etmək üçün məqbərədən götürülməsi barədə qərarın qəbul edilməsinin mümkün olub-olmaması ilə bağlı suala cavab verərkən bildirib.
"Bu məsələ gündəmdə deyil, indi başqa məsələlər və problemlərlə dolu olan başqa bir gündəm var", - deyə Peskov vurğulayıb.
Lenin 1924-cü il yanvarın 21-də Moskva yaxınlığındakı Qorkidəki iqamətgahında, 54 yaşında vəfat edib. Ölümündən əvvəl dəfn olunma üsulu və yeri ilə bağlı heç bir yazılı əmr qoymamışdır. Yanvarın 22-də Leninin cənazəsi qısa müddətə balzamlandı, Xalq Komissarları Sovetinin rəhbəri ilə vida müddəti uzadıldı, sonra Leninin cəsədinin uzun müddət saxlanılması haqqında qərar qəbul edildi. İndiki məqbərənin tikintisi 1930-cu ildə başa çatdırılmışdır.
Bizimyol.info