Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda 18 yaşına qədər anaların sayı niyə çoxdur...
Azərbaycanda 18 yaşına qədər anaların sayı niyə çoxdur...

Keçən il, yəni 2020-ci ildə 165 nəfər 15 yaşınadək qızın nikahı qeydə alınıb. Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Milli Məclisin bu gün keçirilən iclasında gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının illik məlumatı təqdim edilərkən deyib. O, həmçinin bildirib ki, 2020-ci ildə 18 yaşadək analar tərəfindən doğulan uşaqların sayı 1917 nəfər, 2019-cu ildə 2320 olub.

18 yaşına qədər analar tərəfindən doğulan uşaqların sayının bu qədər çox olması həqiqətən bir hüquq dövləti üçün acınacaqlı vəziyyətdir. Bu zaman belə sual ortaya çıxır:

  • Müvafiq icra qurumları hara baxır?
  • Azyaşlı övladlarının uşaq dünyaya gətirməsinə göz yuman valideynlər niyə cəzalandırılmır?

Gərək ki, müvafiq qurum bu barədə də statistika yayımlasın. Həqiqətən maraqlıdır ki, övladlarını erkən nikaha məcbur edən valideynlər, ölkədə cəzalandırılmır? Əslində ölkə qanunvericiliyinə görə, yəni Cinayət Məcəlləsinin 176-1.1. maddəsinə görə nikaha məcbur etməyə görə müəyyən cəzalar var. Yəni qanunda qadını, yetkinlik yaşına çatmayanı nikaha məcbur etməyə görə 4000 manatadək cərimə və 4 ilə qədər də azadlıqdan məhrumetmə nəzərdə tutulur. Bu maddə, Azərbaycanda 2012-ci ildən qəbul edilsə də təəssüf olsun ki, bu maddə ilə bu günə qədər bir cinayət işi də açılmayıb. Qeyd edək ki, nikaha məcbur etmə də məişət zorakılığının, qadına qarşı zorakılığın bir növüdür. Amma Azərbaycanda bütün zorakılıq növlərinə göz yumulduğu kimi hüquq mühafizə orqanları bu məsələyə də göz yumurlar.

Erkən nikaha məcbur edilən qadınların yaşı 18 yaşa çatmadığı üçün rəsmi nikahları olmur. Rəsmi nikah olmadığı zaman isə, qadın daha çıxılmaz vəziyyətə düşə bilir. Nikaha məcbur edilən qadın zamanla döyülür, söyülür, öldürülür. Və nəticədə, qadınlar öldürüldükdən sonra hüquq mühafizə orqanları işə qarışır. Yəni, qadınının nikaha məcbur edilmə prosesindən öldürülməsinə qədər olan proseslərə hüquq göz yumur. Bu prosesin nə zamana qədər davam edəcəyi bəlli deyil. Ancaq reallıq onu göstərir ki, nə qədər ki, nikaha məcbur etmə ilə bağlı heç kim cinayət məsuliyyətinə cəlb edilməyib, bu belə də davam edəcək. Dəyişməyən Azərbaycan reallığı budur. Nikaha məcbur edilən qadın öldürüləndən sonra isə, dünyaya hesabat verərək, Azərbaycanda qadınların öldürüldüyünü, qadın zorakılığına qarşı mübarizə tədbirlərinin davam etdirildiyini bildiririk. Problemin qarşısını almaq mümkün olsa da, müsbət dəyişiklik istiqamətində addım atmırıq.

Həqiqətən çox maraqlıdır. Qanunlar icra edilməyəcksə, icra mexanizmi işlək olmayacaqsa, qanunlar faydasız olacaqsa niyə qəbul edilir ki? Tək bu sahədə deyil, Azərbaycanda onlarla qəbul edilmiş, işləməyən, icra mexanizmi olmayan, şablon kimi kağız üzərində qalan qanunlar var. Yəqin ki, bu qanunlar “Milli Məclisdə deputatlar yatır” deyilməsin deyə qəbul edilir. Yoxsa, başqa məntiqli izahı yoxdur.

İlahin, Bizimyol.info

Paylaş »
››› Ziddiyyətli açıqlamalar: Evlər ucuzlaşacaq, yoxsa bahalaşacaq?
››› Orta statistik Azərbaycan ailəsi istirahətin nə olduğunu həyatı boyu bilməyəcək
››› "Deputatlar oldular, ya olmadılar.., heç bir fərqi yoxdur"
››› Ucuz və baha kolbasanın fərqi: "İçində ətdən başqa hər şey var"
››› Yuxuda ağlamağın yozumu nədir...
››› Sakit okeanda Tonqa krallığını sunami viran edib - Video
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »