Türkiyənin Çikaqodakı Baş Konsulluğunda ABŞ-da yaşayan türk vətəndaşları ilə görüşən Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın Qarabağın işğaldan azad edilməsi ilə tarixin yeni səhifəsinin açıldığını bildirib.
Bizimyol.info xəbər verir ki, bu barədə "haberturk" məlumat verib.
“Qafqazda çox fərqli proses gedir, indi bu diasporun bütün enerjisini və arqumentini üzərində qurduğu struktur dağılmaq üzrədir. Yəni indi Qafqazda Türkiyə-Ermənistan və ya türk-erməni münaqişəsi başa çatmaq üzrədir. Qarabağın işğaldan azad olunması və Azərbaycanın öz torpaqlarına qoşulması ilə orada tarixin yeni səhifəsi açılıb”.
Artıq bununla bağlı heç kimin başa bir gözləntisi olmadığını bildirən Kalın Türkiyə və Ermənistanın da qarşılıqlı münasibətlərin normallaşması istiqamətində addımlar atdığını qeyd edib.
Normallaşma prosesinin ən çox Ermənistana fayda verəcəyini bildirən Kalın, dənizlərə çıxışı olmayan, iqtisadi cəhətdən zəif və Rusiyanın himayədarlığı altında olan Ermənistanın Türkiyə ilə münasibətləri normallaşdırdığını deyib. O, bunun həmin ölkəyə həm siyasi, həm də iqtisadi cəhətdən böyük töhfə verəcəyini bildirib.
Bizimyol.info