Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BMT əməkdaşları Əfqanıstana nağd pul gətirməlidirlər
BMT əməkdaşları Əfqanıstana nağd pul gətirməlidirlər

BMT-nin humanitar işçiləri ABŞ-ın tətbiq etdiyi sanksiyalardan sonra ölkənin bank sistemi işləmədiyi üçün Əfqanıstana özləri ilə nağd pul gətirmək məcburiyyətində qalıblar.

Bizimyol.info xəbər verir ki, bunu "RİA Novosti"yə Rusiya Xarici İşlər Nazirliyinin Beynəlxalq Təşkilatlar Departamentinin direktoru Pyotr İliçev deyib.

"BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin məlumatına görə, Əfqanıstanda vəziyyət çətin və qeyri-sabit olaraq qalır. Günahkar təkcə uzunmüddətli müharibə deyil, həm də humanitar vəziyyətin daha da qeyri-sabitləşməsinə səbəb olan "COVID-19" pandemiyasıdır", - İliçev deyib.

"Sentyabrın 13-də Əfqanıstandakı humanitar vəziyyətə dair nazirlər konfransı keçirilib. Donorlar ilin sonuna kimi humanitar təşkilatlara 1,2 milyard dollar ianə etməyi öhdələrinə götürüblər ki, bu da BMT-nin ilkin olaraq tələb etdiyi 606 milyon dollardan iki dəfə çoxdur. Bununla belə, Əfqanıstanda bank sistemi işləmir, ona görə də vəd edilən pulu ölkə əhalisinə köçürmək mümkün deyil. BMT əməkdaşları özləri ilə nağd pul gətirməlidirlər”, - deyə rusiyalı diplomat qeyd edib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »