İstanbul Böyükşəhər Bələdiyyəsinə işə götürülən şəxslərin bəzilərinin terror təşkilatlarına bağlı və onlarla əlaqədə olması ilə bağlı iddialar və təsbitlər var.
Bizimyol.info xəbər verir ki, bu barədə Türkiyə Daxili işlər nazirliyinin sosial media hesabından verilən açıqlamada bildirilib.
“İstanbul Böyükşəhər Bələdiyyəsi, ona bağlı qurum və şirkətlərdə işə götürülən kadrlardan 455-i PKK/KCK, 80-i DHKP-C, 20-si MLKP, 2-si MKP, bəziləri isə FETÖ-yə və digər terror təşkilatlarına bağlıdırlar. Bildirişlər, şikayətlər və faktların aşkarlanması ilə əlaqədar nazirliyimiz tərəfindən məsələnin hərtərəfli araşdırılması məqsədilə xüsusi yoxlamaya başlanılıb", - deyə nazirliyin məlumatında qeyd edilir.
Ekrem İmamoğlu, Daxili İşlər Nazirliyinin başlatdığı yoxlama ilə bağlı: “Heç kimin haqqını yemərəm və heç kimi də haqqımı yeməyə qoymayacağam dedim. Onları əzməyə icazə verməyəcəyik. Günahkarlara qarşı sona qədər birlikdə mübarizə aparacağıq. Amma bilin ki, İBB ailəsinə hücum edənlər qarşılarında gözlənilməz birlik və güc görəcək".
Bizimyol.info