Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Harris Rusiyanı ən ağır sanksiyalarla hədələyib
Harris Rusiyanı ən ağır sanksiyalarla hədələyib

"Rusiya Ukraynadakı vəziyyətə görə indiyə qədər görmədiyi ağır sanksiyalarla üzləşə bilər".

Bizimyol.info xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Kamala Harris bildirib.

O, bu günü CBS telekanalında ABŞ-ın öz müttəfiqləri ilə mövqeyini koordinasiya etdiyini və bunu birbaşa Rusiya hakimiyyətinə çatdırdığını açıq şəkildə bildirdi.

"Biz Rusiya ilə birbaşa danışırıq. Biz çox aydın şəkildə bildiririk ki, Rusiya Ukraynanın suverenliyinə təcavüz etməməlidir. Əgər yaxın bir neçə həftə ərzində Avropada müharibə olacaqsa, o zaman da biz Ukraynanın ərazi bütövlüyünü müdafiə edəcəyik", - deyə Harris cavab bildirib.

“Biz müttəfiqlərimizlə işləyirik və indiyə qədər görmədiyiniz ağır sanksiyaları tətbiq etməyə hazır olduğumuzu açıq şəkildə bildirdik”, - deyə o əlavə edib.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »