İsrailin baş naziri Naftali Bennett bildirib ki, 50 ildən artıq müddətdə işğal etdikləri Suriya ərazilərdə ölkəsinin nəzarətini daha da möhkəmləndirmək məqsədi daşıyan milyonlarla dollarlıq planla Qolan təpələrində məskunlaşanların sayını iki dəfə artırmaq niyyətindədir.
Bizimyol.info xəbər verir ki, bunu Bennett bazar günü Qolan Təpələrində Nazirlər Kabinetinin xüsusi iclasında bildirib.
Bennett bildirib ki, bölgəyə yeni sərmayə qoyuluşuna səbəb Tramp administrasiyasının 2019-cu ildə həmin torpaq sahəsini İsrailin ərazisi kimi tanıması və Bayden administrasiyasının bu qərara etiraz etməyəcəyinə işarə etməsidir.
“Bu, bizim anımızdır. Bu, Qolan Təpələrinin anıdır”, - deyə o bildirib.
“Məskunlaşmanın əhatə dairəsi baxımından uzun illərdən sonra bu gün məqsədimiz Qolan təpələrində məskunlaşmanı ikiqat artırmaqdır”, - deyə o əlavə edib.