Avropaya gedən miqrantlardan ən azı 27-nin cəsədi Liviyanın qərbində sahilə çıxıb.
Bizimyol.info xəbər verir ki, ölkədə fəaliyyət göstərən Qızıl Aypara Cəmiyyətinin verdiyi məlumata görə, bu, dünyanın miqrasiya yolunda baç vermiş son faciədir.
Təşkilatın həmin ölkədə olan şöbəsindən bildirib ki, miqrantların cəsədləri, o cümlədən bir körpə və iki qadın, şənbə günü Tripolidən təxminən 90 km uzaqlıqdakı Khoms sahil qəsəbəsində iki ayrı yerdə tapılıb.
Daha üç miqrantın xilas edildiyi, digərlərinin axtarışlarının davam etdiyi bildirilir.
"Cəsədlərin parçalanma vəziyyəti gəminin qəzaya uğramasının bir neçə gün əvvəl baş verdiyini göstərir", - deyə təhlükəsizlik rəsmisi AFP xəbər agentliyinə bildirib. Xilasedicilər ölənlərin sayının arta biləcəyini istisna etməyib.
Bizimyol.info