Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayden-Tramp seçkiləri ilə bağlı sorğunun nəticələri açıqlandı
Bayden-Tramp seçkiləri ilə bağlı sorğunun nəticələri açıqlandı

ABŞ-da seçkilərin 2 ilə yaxın olmasına baxmayaraq, kimin namizəd olacağı ilə bağlı müzakirələr davam edir.

Bizimyol.info xəbər verir ki, keçmiş prezident Donald Tramp namizəd ola biləcəyinə işarə etdikdən sonra indiki prezident Co Bayden də 2024-cü il üçün namizəd ola biləcəyini bəyan edib.

Böyük Britaniyada yerləşən "Redfield & Wilton Strategies" sorğu şirkətinin yeni sorğusu amerikalıların 44 faizi Trampa, 38 faizi Baydenə səs verəcəklərini, 12 faizi isə kimə səs verəcəyini bilmədiyini bildirib.

Trump bu ayın əvvəlində "Redfield & Wilton" sorğusundan sonra iki xal qazanıb, Baydenin dəstəyi isə dəyişməz qaldı. Tramp tərəfdarlarının 87 faizi Respublikaçı keçmiş prezidentə yenidən səs verəcəklərini desələr də, Bayden tərəfdarlarının 75 faizi Demokratlara səs verəcəklərini bildirib.

Bayden bu yay Əfqanıstanı tərk etmək qərarından bəri ümumiyyətlə itirdiyi nüfuzunu bərpa etmək üçün mübarizə aparır. Bununla belə, "COVID-19", iqtisadiyyat, immiqrasiya və cinayətlə mübarizə üçün tətbiq edilən idarəetmə siyasəti onun sorğularda yüzdə 50-dən az səs qazanmasına səbəb olub.

Bizimyol.info

Paylaş »
››› “Putin gözlənilməyən yerə hücum edəcək” - Siyahıda hansı ölkələr var?
››› Baş Prokurorluq "Ştutqart"-ın sahibi olan keçmiş deputatla bağlı cinayət işi açıb
››› Dolların bahalaşması təxirə düşdü: Dünyada baş verənlər manatı möhkəmləndirir...
››› Ət niyə bahalaşdı və ya "pulu kreditə ödəyək, yoxsa cəriməyə"...
››› Nazarbayev son çıxışında nələrə eyham vurdu: “Ola bilər, təhlükəsizlik zəmanəti alıb”
››› Dünyanın ən bahalı evi hərraca çıxarılıb - Foto
››› Prezident İradə Gülməmmədovanı vəzifəsindən azad edib
Son xəbərlər
Bütün xəbərlər »