Bazar günü naməlum şəxs Rusiyanın Alma-Atadakı Baş Konsulluğunun binasının "minalanması" barədə hüquq-mühafizə orqanları məlumat verib. Aparılan araşdımalarla təhdidin yalan olduğunu müəyyən edib. Hazırda "terrorçu"nun axtarışı davam edir.
Bizimyol.info xəbər verir ki, bu barədə "RİA Novosti"yə baş konsulluğun müşaviri Vladimir Malışev bildirib.
Onun sözlərinə görə, konsulluğun elektron poçtuna səhər saat 10 radələrində naməlum şəxsdən mesaj gəlib.
“Bu, Rusiyanı və rusları təhdid edən xoşagəlməz mətn idi. "Hər şey baş konsulluğun minalanması ilə başa çatdı", -deyə mətndə bildirilirdi. Biz bu hallarda görülməli olan bütün tədbirləri görmüşük. Xüsusilə, Qazaxıstan tərəfi çox operativ, peşəkarcasına reaksiya verdi, biz son dərəcə minnətdarıq”, - deyə diplomat bildirib.
Onun sözlərinə görə, konsulluğa gələn kinologlar binanı içəridən və çöldən yoxlayıblar, lakin heç bir partlayıcı əşya aşkar edilməyib. "Biz də öz tərəfimizdən tədbirlər gördük. Heç nə tapılmayıb, anladığımız qədər təhdidlər yalandır", - deyə o əlavə edib.
Qeyd edək ki, Qazaxıstan Cinayət Məcəlləsinin “Terror aktı haqqında bilə-bilə yalan məlumat vermə” maddəsi 5 ilə qədər həbs cəzasını nəzərdə tutur.
Bizimyol.info