Əfqanıstanda "Taliban" administrasiyası müvəqqəti hökumətin kabinetindən 2 nazirliyi çıxarıb.
Bizimyol.info xəbər verir ki, "Taliban" müvəqqəti hökumətinin sözçüsü Bilal Kərimi mətbuata açıqlamasında keçmiş administrasiyanın Sülh və Parlament İşləri Nazirliyinin kabinet siyahısından çıxarıldığını bildirib.
Bundan əlavə, Kərimi əvvəllər fəaliyyət göstərən Müstəqil Seçki və Seçki Şikayətləri Komissiyalarının bağlandığını və lazım gəldikdə bu komissiyaların yenidən açılacağını bildirib.
Bağlanan nazirlik və komissiyalarda çalışan dövlət qulluqçularının statusu ilə bağlı açıqlama verilməyib.
Digər tərəfdən, "Taliban" müvəqqəti hökuməti Qadın İşləri Nazirliyini kabinetindən çıxararaq, onun yerinə Xeyirə Dəvət və Şərdən Qorunma Nazirliyini qurdu.
Sentyabrda Taliban öz müvəqqəti hökumətini elan etməsindən təxminən 4 aya yaxın vaxt keçməsinə baxmayaraq, hələ heç bir ölkə "Taliban" hökumətini rəsmən tanımayıb.