Əfqanıstanda hakimiyyəti ələ keçirmiş "Taliban" hərəkatı avtomobillərdə musiqi dinləməyi və hicabsız qadın daşımağı qadağan edib.
Bizimyol.info xəbər verir ki, bu barədə "RİA Novosti"nin Əfqanıstan mətbuatına istinadən verdiyi məlumatda bildirilir.
“İslam Orientasiyası Nazirliyi (Hərbi xidmətə çağırış, oriyentasiya, əməliyyat və tənbəllərə nəzarət nazirliyi – red.): “Kabil News”a təsdiqləyib ki, sürücülərə musiqi dinləməməyi və hicabsız qadınları maşına mindirməmək barədə yazılı tövsiyə verilib”.
Otellərdən birinin sahibi bildirib ki, "Taliban" Əfqanıstanda toylarda canlı musiqini qadağan edib. İndi toy və bayram şənliklərini kişilər və qadınlar müxtəlif zallarda keçirməlidirlər.
Bizimyol.info