Zaqatala rayonunda ikimərtəbəli fərdi yaşayış evində yanğın olub.
Bizimyol.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə səhər saat 5 radələrində baş verib.
Rayonun Aşağı Çardaqlar kənd sakini Niyazi Hacıməhəmməd oğlu Qebedova məxsus, ümumi sahəsi 240 kv/m olan ikimərtəbəli fərdi yaşayış evində yanğın baş verib.
FHN-nin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti yanğının söndürülməsi üçün əraziyə cəlb edilib. Yanğın nəticəsində evin ikinci mərtəbəsindəki otaqlardan birinin tavan hissəsi 20 kv/m sahədə və həmin hissənin dam örtüyü yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.