Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yararsız mallar yandırılaraq məhv edilib
Yararsız mallar yandırılaraq məhv edilib

Dekabrın 25-də Dövlət Gömrük Komitəsinin müvafiq qurumları tərəfindən istifadəyə yararsız, mənşəyi bilinməyən, həmçinin dövriyyəsi məhdudlaşdırılan və qadağan olunan malların məhvetmə prosesi həyata keçirilib.

DGK komissiya üzvü

Bizimyol.info DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə istinadən xəbər verir ki, komissiyasının üzvlərinin iştirakı ilə ümumilikdə 4600 qutu fişəng və 119385 ədəd pirotexniki vasitələr, istifadə müddəti bitən müxtəlif adda dərman preparatları, 3218.75 litr alkoqollu və kustar üsulla hazırlanmış içkilər, 162 litr sərinləşdirici içkilər, 361.14 kq ərzaq və qeyri-ərzaq məhsulları, 107 kq yuyucu vasitələr məhv edilib.

Yararsız mallar yandırılaraq məhv edilib

Qeyd edək ki, məhv edilən mallar Nazirlər Kabinetinin 305 saylı qərarı ilə müəyyənləşdirilən normalara əməl olunmadan gömrük sərhəddindən keçirilməyə cəhd göstərildiyi üçün müvvəqəti saxlanc anbarına qəbul edilən və saxlanc müddətində vətəndaşlar tərəfindən həmin malların geri götürülməsinə dair müraciət olunmayan, eyni zamanda istifadəyə yararsız, mənşəyi bilinməyən, dövriyyəsi məhdudlaşdırılmış və qadağan olunmuş kateqoriyalarına aiddir.

Yararsız mallar yandırılaraq məhv edilib

Məhv edilən mallar arasında Ermənistan istehsalı olan istifadəyə yararsız 37 ədəd suvenirlər, 32 qutu siqaret və 51.70 litr müxtəlif spirtli içkilər də olub.

Mallar müvafiq ekspert rəyinə əsasən məhvetmə prosesinə cəlb olunub.

Bizimyol.info

Paylaş »
››› Hicama terapiya hansı xəstəliklərin müalicəsində daha çox tövsiyə edilir?
››› Rusiyanın ən çox qorxduğu silah: "Baha başa gələr"
››› Rusiya Çinə görə müharibə ideyasını təxirə salıb
››› Nazirlik telefonlara qarşı savaş açır: Tədrisə qayğı, yoxsa "güzgünü sındırmaq"
››› İslam şəriətində zinanın hansı növləri var...
››› Rusiyadan geriyə addım: Ukrayna ilə müharibə olmayacaq
››› Onlayn Həcc ziyarətinə ilahiyyatçıdan etiraz
Son xəbərlər
Bütün xəbərlər »