Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə ilə Qətər Kabil Aeroportunun fəaliyyəti ilə bağlı Talibanla razılaşıb
Türkiyə ilə Qətər Kabil Aeroportunun fəaliyyəti ilə bağlı Talibanla razılaşıb
Türkiyə ilə Qətərin Taliban iqtidarı ilə Kabildəki Beynəlxalq Həmid Kərzayi Hava Limanı və ölkədəki digər dörd aerportun fəaliyyəti ilə bağlı ilkin razılaşmanın əldə edildiyi məlum olub.

Bizimyol.info Türkiyənin Anadolu Agentliyinə istinadla xəbər verir ki, dünən Əfqanıstanın paytaxtı Kabilə çatan Türkiyə-Qətər heyəti, Həmid Kərzayi adına Kabil Beynəlxalq Hava limanı başda olmaqla, dörd aeroportun fəaliyyəti ilə bağlı Əfqanıstan tərəfi ilə prinsipcə razılaşıb.

Aeroportların fəaliyyəti ilə bağlı tərəflər arasında keçən müsbət görüşlər nəticəsində, detalların aydınlaşdırılması məqsədilə qarşılıqlı texniki qrupların hazırlanması və görüşlərin gələcək günlərdə texniki komitələr vasitəsilə davam etdirilməsi barədə ortaq fikrə gəlinib.

Kabildən Dohaya keçəcək Türkiyə-Qətər heyətinin ortaq çalışmalara davam edəcəyi bildirilib.

Əfqanıstanın paytaxtı Kabildəki  Həmid Kərzayi adına Beynəlxalq Hava limanı dənizə çıxışı olmayan ölkələrdən Əfqanıstan üçün mərkəzi hava əlaqəsi olma baxımından, önəmli bir yerə sahibdir.

Taliban paralel şəkildə iyun ayından etibarən, şiddətli hücumlarla Əfqanıstanda bir çox rayonu, avqust ayında isə vilayət mərkəzlərini sürətlə ələ keçirmişdi.

Ölkə Prezidenti Əşrəf Qəninin ölkəni tərk etməsi və hökumət qüvvələrinin paytaxtdan çıxması ilə Taliban 15 avqustda Prezident binasını və yaşayış binalarını ələ keçirərək, ölkədə nəzarəti ələ alıb.

Tərcümə: Mətin Şükürlü, Bizimyol.info

Paylaş »
››› “Putin gözlənilməyən yerə hücum edəcək” - Siyahıda hansı ölkələr var?
››› Baş Prokurorluq "Ştutqart"-ın sahibi olan keçmiş deputatla bağlı cinayət işi açıb
››› Dolların bahalaşması təxirə düşdü: Dünyada baş verənlər manatı möhkəmləndirir...
››› Ət niyə bahalaşdı və ya "pulu kreditə ödəyək, yoxsa cəriməyə"...
››› Nazarbayev son çıxışında nələrə eyham vurdu: “Ola bilər, təhlükəsizlik zəmanəti alıb”
››› Prezident İradə Gülməmmədovanı vəzifəsindən azad edib
››› Lukaşenko referendumun vaxtını açıqladı
Son xəbərlər
Bütün xəbərlər »