Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyan: "Azərbaycanın Avrasiya İqtisadi İttifaqına qoşulmasının əleyhinə çıxmayacağıq"
Paşinyan: "Azərbaycanın Avrasiya İqtisadi İttifaqına qoşulmasının əleyhinə çıxmayacağıq"
"Əgər regionun dinc inkişafına töhfə verəcəksə, Ermənistan Azərbaycanın Avrasiya İqtisadi İttifaqına qoşulmasının əleyhinə olmayacaq".

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan TASS-ın sualını cavablandırarkən deyib.

"Əgər görsək ki, bu addım regionun dinc inkişafı üçün era açacaq, təbii ki, buna qarşı olmayacağıq. Bir sıra məsələlər üzrə danışıqlarda yeni münaqişə mənbəyi yaratmaq məntiqsiz olardı”, - Paşinyan bildirib.

Qeyd edək ki, dekabrın 10-da Avrasiya İqtisadi İttifaqının fəxri sədri, Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev bildirib ki, Azərbaycan qurumda müşahidəçi statusu ala bilər.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova qeyd edib ki, Azərbaycan ilə Avrasiya İqtisadi İttifaqı arasında qarşılıqlı fəaliyyət ticarətin intensivləşməsinə və irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsinə töhfə verəcək.

Paylaş »
››› Bürclərin geyim zövqü: Kim necə geyinməyə üstünlük verir...
››› Emin Əmrullayevin Misir Mərdanovdan fərqi: Örtülü bazardan açıq bazara keçid
››› "Onlar bu addımı çarəsizlikdən atırlar" - Həyatımız necə zəhərə çevrilir
››› "Gözü ilə görmüş olsa da, sübut edə bilmədi" - Azərbaycanda təhlükəli biznes növü
››› Hicama terapiya hansı xəstəliklərin müalicəsində daha çox tövsiyə edilir?
››› Rusiyanın ən çox qorxduğu silah: "Baha başa gələr"
››› Rusiya Çinə görə müharibə ideyasını təxirə salıb
Son xəbərlər
Bütün xəbərlər »