Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Keçmiş şərikindən AZAL prezidentinin xanımı ilə bağlı qalmaqallı açıqlama
Keçmiş şərikindən AZAL prezidentinin xanımı ilə bağlı qalmaqallı açıqlama

“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi, həbdsə olan iş adamı İlqar İsmayılov, “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərovun xanımı Zərifə Həmzəyeva ilə şərik olduqları dövrdə - 2013-2016-cı illərdə onun xəbəri və razılığı olmadan 680 min manatı şirkətin kassasından götürüb, şəxsi ehtiyaclarına xərcləməkdə ittiham olunur. Qarşı tərəf iddia edir ki, ona çatacaq mənfəəti İlqar İsmayılov mənimsəyib.

Bizimyol.info xəbər verir ki, dekabrın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində İlqar İsmayılovun vəkilləri 2013-2016-cı illərdə Zərifə Həmzəyevaya “İdeal Kompani” tərəfindən dividend formasında 5 milyon 833 min 296 manat vəsait ödənildiyini sübut edən sənədlər ortaya qoyub. Vəkil İlhamə Həsənova bu sübutu hakimlərə təqdim edərək, onun iş materiallarına əlavə olunmasını istəyib.

İlqar İsmayılov İlqar İsmayılov

Vəkil deyir ki, prokurorluq istintaq zamanı “İdeal Kompani”nin kompüterlərində aşkarladığı informasiya və başqa materialları yaddaş kartına köçürüb. Həmin sənədlər arasında Zərifə Həmzəyevaya 5.8 milyon manat mənfəət ödənilməsinə dair sənədlər də olub. Sözügedən yaddaş kartı cinayət işinin materiallarına da əlavə edilib. Lakin nədənsə, məhkəmədə onun içində olanlar araşdırılmayıb.

“Həmin məbləğin Zərifə Həmzəyevaya ödənilməsi gündəlik kassa hesabatları, məxaric qəbzləri və kassa əməliyyatları üzrə yönəltmələrlə öz təsdiqini tapır”, - vəkil bildirib.

Müdafiəçi xatırladıb ki, İlqar İsmayılov 2013-2016-cı illərdə şirkətdən digər təsisçinin xəbəri olmadan, özbaşına 680 min manat vəsaiti götürüb mənimsəməkdə ittiham olunur. Halbuki, həmin dövrdə İlqar İsmayılov 2 milyon 717 min dollar, 4 milyon 498 min 440 manat və 780 min avro “İdeal Kompani”nin kassasına pul köçürüb:

“Əvvəla, mənimsəmə ittihamı – İlqar İsmayılovun şirkətdən özbaşına 680 min manat pul götürməsi ittihamı yalandır. Hətta ittiham əsaslı olsaydı belə, onun köçürdüyü vəsaitlərdən 680 min manat çıxılmalıdır. Mənim təqdim etdiyim sübutlar istintaqın özü tərəfindən cinayət işi materiallarına əlavə olunmuş yaddaş kartındakı proqram təminatından çıxarılmış sənədlərdir”.

Vəkillər vurğulayıb ki, məhkəmədə sənədlərin tədqiqi zamanı sözügedən yaddaş kartı tədqiq olunmayıb. Bildirilib ki, həmin kartın açılması mümkün deyil. İş adamının vəkilləri vəsatət qaldırıb ki, yaddaş kartının açılması üçün mütəxəssis cəlb olunsun, onun köməkliyi ilə yaddaş kartı açılsın və proqram təminatı məlumatları məhkəmədə araşdırılsın.

Prokuror mütəxəssis dəvət olunub, yaddaş kartının açılması və araşdırılmasına, eləcə də Zərifə Həmzəyevaya 6 milyona yaxın mənfəət ödənilməsi haqda sənədlərin iş materiallarına əlavə olunmasına etiraz edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində bu cinayət işinə baxan Əli Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyası sənədlərin iş materiallarına əlavə olunması haqda vəsatəti təmin etsə də, mütəxəssis cəlb olunması və yaddaş kartının açılıb tədqiq olunması haqda vəsatəti rədd edib.

Daha sonra hakim İlqar İsmayılovun işi üzrə məhkəmə istintaqının tamamlandığını elan edib. Hərçənd, İlqar İsmayılov və müdafiəçiləri məhkəmə istintaqının yekunlaşmasına etiraz edib. Lakin hakimlər onların etirazını nəzərə almayıb.

“Mən dövlət və dövlətçiliyin tərəfində olmuşam. Elə məsələlər var ki, hələ açıqlamaq istəmirəm. Kommersiya sirri hesab etdiyim, qarşı tərəflə (Zərifə Həmzəyevanı nəzərdə tutur-red.) mənə aid olan məsələləri hələ ki, danışmıram”, - İlqar İsmayılov bildirib.

Məhkəmə prosesi dekabrın 27-nə təyin edilib. Həmin gün prokuror çıxış edib, İlqar İsmayılova cəza istəyəcək.

İlqar İsmayılov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) maddələrilə ittiham verilib. Amma İsmayılov özünü təqsirli bilmir. Onun sözlərinə görə, “İdeal”ın əlindən alınması barədə dövlət orqanlarına şikayətlərinə və mediadakı çıxışlarına görə cəzalandırılıb.

İlqar İsmayılov həbsindən təxminən bir həftə öncə sosial media hesabında AZAL prezidenti Cahangir Əsgərovun iş otağında təzyiqə məruz qaldığını, onun və həyat yoldaşının təhdid və təzyiqləri altında Samir Əliyevi “İdeal”ın direktoru təyin etmək məcburiyyətində qaldığını yazmışdı.

“İdeal”ın idarəçiləri 2020-ci ildə “Sabina” mağazalar şəbəkəsini də alıb. Bu iki şirkət “Adore Company”ə daxil edilib.

Zərifə Həmzəyeva eyni zamanda, Azərbaycanda kosmetika məhsullarının istehsalçısı olan “Gazelli Group”un przidenti, “Premium Bank”ın da əsas təsisçisidir. Həmzəyevanın nümayəndəsi şikayətlərə görə İsmayılovu xüsusi ittiham qaydasında məhkəməyə verib, CM-in 147 (böhtan) və 148-ci (təhqir) maddələrilə cəzalandırılmasını tələb edib. Lakin məhkəmə İlqar İsmayılovu haqlı sayaraq, ona bəraət verib. Məhkəmə belə nəticəyə gəlib ki, İsmayılovun AZAL prezidentinin xanımına böhtan atması, onu təhqir etməsi haqda iddialar sübuta yetirilməyib.

Bizimyol.info

Paylaş »
››› Bakıda qəribə olay: Vəkil qarşı tərəfi döyməkdə günahlandırılır
››› Doğuşlara qoyulan fantastik qiymətlər: Hansı günümüzə yaraşır?..
››› Boş verin heykəlləri-filan...
››› Sabiq biznesmen deputat Qarabağ qazisinə "pul atmaqda" ittiham olunur
››› Hacı Zeynalabdin Tağıyev bu gün sağ olsaydı…
››› Eldar Həsənova hökm oxunub
››› Yas məclisi təşkil edən polis rəisinə yumruq vurub
Son xəbərlər
Bütün xəbərlər »