Ukrayna Prokurorluğu məhkəmədən ölkənin keçmiş prezidenti Pyotr Poroşenkonun dövlətə xəyanət işi üzrə həbs edilməsini xahiş edəcək.
Bizimyol.info xəbər verir ki, bu barədə bu gün “Qlavkom” nəşri mənbələrə istinadən məlumat yayıb.
Qəzet Baş Prokurorluğa yaxın üç ayrı mənbəyə istinadən yazır: “Baş prokuror vəzifəsini icra edən Aleksiy Simonenko keçmiş prezident və Avropa Həmrəyliyinin Partiyasının lideri Pyotr Poroşenkonun həbsi və 1 milyard UAH məbləğində girov ödənilməsi barədə vəsatəti imzalayıb.
Öz növbəsində Poroşenko 5-ci kanalın efirində onun günahı ilə bağlı heç bir sübut olmadığını bildirib: “Bu dəlilikdir. Mən dövlətin beşinci prezidentiyəm və siz nəyisə bəyan etməzdən əvvəl həm cəmiyyətə, həm də beynəlxalq tərəfdaşlarımıza inandırıcı sübutlar təqdim etməlisiniz. Mən Ukraynaya gələcəm - danışarıq", - deyə o bildirib.
Ukrayna Dövlət Təhqiqat Bürosu (DTB) dekabrın 20-də eks-prezidentin dövlətə xəyanətdə əli ola biləcəyini açıqlayıb.
Mətbuat keçmiş prezidentə qarşı Cinayət Məcəlləsinin iki maddəsi ilə ittiham edildiyini yazıb: “dövlətə xəyanət” və “terror təşkilatlarının fəaliyyətinə yardım etmək”.
Bizimyol.info