Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vladimir Zelenski İlham Əliyevi təbrik edib
Vladimir Zelenski İlham Əliyevi təbrik edib

Dekabrın 24-də Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Bizimyol.info xəbər verir ki, Prezidentin Mətbuat Xidmətindən verilən məlumata görə,  Vladimir Zelenski dövlətimizin başçısına yubileyi münasibətilə təbriklərini çatdırıb, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Ukrayna Prezidentinə təşəkkür edib.

Prezident İlham Əliyev və Prezident Vladimir Zelenski Azərbaycan-Ukrayna ikitərəfli münasibətlərinin inkişafından məmnunluqlarını ifadə edib və əməkdaşlığımızın bundan sonra da genişlənəcəyinə əminliklərini bildiriblər.

Telefon söhbəti zamanı əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Son xəbərlər
Bütün xəbərlər »