Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mina xəritələrinin dəqiqlik göstəricisi niyə çox aşağıdır?
Mina xəritələrinin dəqiqlik göstəricisi niyə çox aşağıdır?

Cümşüd Nuriyev: "Ermənilərin ölkəmizə qarşı növbəti dəfə öz xislətlərinə uyğun hərəkət edir"

Baş nazir Əli Əsədov rəsmi mətbuatda yayımlanan məqaləsində bildirib ki, Ermənistanın uzun müddət mina sahələrinin xəritəsini bizə verməkdən imtina etməsi, sonradan təqdim etdiklərinin dəqiqlik göstəricisinin 25 faiz həddində, bəzən ondan da az olması Qarabağda və Şərqi Zəngəzurda bərpa işlərini xeyli ləngidir.

Cümşüd Nuriyev Cümşüd Nuriyev

Baş nazirin bu sözlərini şərh edən politoloq Cümşüd Nuriyev Bizimyol.info saytına açıqlamasında, bir müddət əvvəl prezident İlham Əliyevin də bu məlumatı ictimaiyyətə çatdırdığını xatırlatdı. Dövlət başçısının bu məsələni beynəlxalq səviyyədə də bir neçə dəfə gündəmə gətirdiyini söyləyən politoloq, bununla bağlı Soçi görüşündə də ciddi müzakirə olunduğunu və gündəmdə olan əsas məsələlərdən biri olduğunu qeyd etdi: "Dövlətimizin başçısı bunu hətta Avropanın, Rusiyanın və Türkiyənin aparıcı KİV orqanlarında verdiyi müsahibələrdə müzakirə obyektinə çevirdi. Eyni zamanda, Azərbaycanın sülhün bərqərar olması istiqamətində hərəkət etdiyini də gündəmə gətirdi. Prezident müsahibələrində, əvvəldən də ermənilərin dəqiq mina xəritələrini verməyəcəyini bildiyini, bununla belə, terrorçuları humanist addım kimi geri qaytardıqlarını xüsusi vurğulayır".

Bununla belə, ermənilərin növbəti dəfə ölkəmizə qarşı öz xislətlərinə uyğun hərəkət etdiyini deyən politoloqun fikrincə, bunu yeni bir hadisə kimi qəbul etməyə ehtiyac yoxdur: "Baş nazirin də məsələyə toxunması onu göstərir ki, bu, yenidən hökumət səviyyəsində gundəmə gətirilir. Bu, çox mühümdür. Çünki, Azərbaycan xarici işlər və müdafiə nazirlikləri də bu məsələni bir müddət gündəmdə saxladılar. Hətta Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev və ANAMA rəhbərliyi ayrı-ayrı vaxtlarda etirazlarını bildirdilər".

Politoloqun sözlərinə görə, bizə təqdim edilən mina xəritələrinin dəqiqlik göstəricisinin 25 faizi keçməməsi, həm minaların dağınıq basdırılması, həm də ermənilərin özündə belə dəqiq xəritələrin olmaması ilə əlaqədardır: "Səbəbi də odur ki, həmin minaları ərazilərə rus sovet qoşunları basdırmışdı. Bunlar piyada və tank əleyhinə olan minalardır. Hətta elə yerlər var ki, piyada və tank əleyhinə minalar üst-üstə basdırılıb. Belə aydın olur ki, bunları ermənilər öz xəyanətkar xislətlərinə uyğun olaraq basdırıblar. Çünki, onlar azərbaycanlılara daha çox zərbə vurmaqdan ləzzət alırlar. Ona görə də bundan sonra verəcəkləri hər hansısa xəritə, və ya bu məsələ ilə bağlı verəcəkləri açıqlamalar bizim üçün maraqlı deyil".

Azərbaycan Rusiyanın və beynəlxalq təşkilatların vasitəçiliyi ilə ölkəmizdə əsir və girov saxlanılan erməni terrorçularını bir neçə dəfə Ermənistana təhvil verib, əvəzində isə dəqiq olmayan mina xəritələri alıb...

Bu məsələni şərh edən A.Nağıyev bildirdi ki, Azərbaycan həm dünyəvi, həm də multikultural bir dövlətdir: "Yəni, ölkəmizdə dini və irqi ayrı-seçkiliyə yol verilmir. Dövlətimiz İnsan Hüquqları üzrə Avropa Konvensiyasına qoşulub. Buna uyğun olaraq, rəsmi Bakı belə addımlar atır və gələcəkdə də belə addımlar atmaqdan çəkinməyəcəyini bəyan edir. Rəsmi Bakı iki dəfə Rusiya sülhməramlı qüvvələrinin iştirakı ilə terrorçuların qarşı tərəfə təhvil verilməsi prosesini həyata keçirdi. Sonuncu dəfə isə Avropa İttifaqının prezidenti Şarl Mişelin təklifi ilə bu məsələ gündəmə gətirildi və qurumun nümayəndələrinin iştirakı ilə bir qrup terrorçu Ermənistana qaytarıldı. Aparıcı dövlətlər də Azərbaycanın bu addımını dəstəklədilər və yüksək qiymətləndirdiklərini bildirdilər".

Bu məsələdə Azərbaycana qarşı haqsızlıq edilməsinə gəlincə, həmsöhbətimiz, dövlətimizin 30 ildən çoxdur ki, bu siyasətə məruz qaldığını vurğuladı: "Həm Ermənistanı dəstəkləyən dövlətlər, həm də bəzi beynəlxalq təşkilatlar tərəfindən dövlətimizin hüquqları ikili standartlarla tapdalanır. Azərbaycan özü Qarabağ münaqişəsini həll edəndən sonra beynəlxalq hüququn nə qədər yarıtmaz olduğunu bütün dünyaya nümayiş etdirdi".

Bir siyasətçi kimi ermənilərin bu və ya digər məsələlərlə bağlı səmimiyyətinə heç vaxt inanmadığını deyən müsahibimiz, bunun səbəbini də açıqladı: "1989-91-ci illərdə Xankəndi şəhərində prezidentin səlahiyyətli nümayəndəsi kimi fəaliyyət göstərmişəm. Ermənilərin həddindən artıq sürüşkən mövqeyə sahib xalq olduğunu həmin dövrdən bilirəm. Onlar heç bir vaxt haqlı olmayıblar. Bundan sonra haqlı olacaqlarına da inanmıram. Bütün müharibələrin sonu sülhlə başa çatdığı üçün Ermənistan da Azərbaycan ilə bütün münasibətləri bərpa etməyə məcburdur. Hazırkı məqamda bizə lazımdır ki, onlar sülh müqaviləsini imzalasınlar və ölkəmizin ərazi bütövlüyünü tanısınlar".

Rövşən Ziya, Bizimyol.info

Paylaş »
››› Cavid Qurbanovun xətrinə qəbul edilən qanun: "Topaz" fəlakəti böyüyür...
››› "Uşaq məktəbdə reketlik edirsə, valideyni də öhdəsindən gələ bilmirsə, onda nə etməli..."
››› Mərkəzi Bankn valyuta məzənnələri
››› “Bir cənub şəhərində”: Sovet sisteminə qarşı çıxan Azərbaycan filmi...
››› Xarici vətəndaşlar Azərbaycanda daşınmaz əmlaka niyə pul xərcləmir?
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Skandinaviya ölkəsi Rusiyanın mümkün hücumunu dəf etməyə hazırlaşır
Son xəbərlər
Bütün xəbərlər »