Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xızıdakı vertolyot qəzasında sağ qalanlar partiya sədrinin həbsini tələb edir
Xızıdakı vertolyot qəzasında sağ qalanlar partiya sədrinin həbsini tələb edir

Noyabrın 30-da Xızı rayonu ərazisində - Qaraheybət poliqonunda Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus helikopterin uğradığı qəza zamanı xilas olmuş iki nəfər məhkəməyə müraciət edib. Onlar böhtana məruz qaldıqlarını iddia edirlər.

Bizimyol.info xəbər verir ki, polkovnik Emil Cəfərov və kapitan Ramin Ədilov məhkəmədə Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevə qarşı xüsusi ittiham qaydasında iddia qaldırıb. Onlar partiya sədrinin Cinayət Məcəlləsinin 147.1 (böhtan) maddəsilə 6 ay azadlıqdan məhrum edilməsini istəyir.

Əli Əliyev dekabrın 9-da “YouTube” platformasındakı çıxışında helikopter qəzası haqda danışarkən bildirib ki, oradan sağ çıxdığı iddia olunan bu adamların əslində, orada olmasına inanmır. O, efirdə qəzanın səbəbləri haqda danışan Emil Cəfərov və Ramin Ədilovun üzündə adi cızıq, çapıq izlərinin olmamasına diqqət çəkib.

“Huşunu itirmiş, 3000 metr hündürlükdən düşmüş insanın üzündə heç bir cızıq, çapıq olmaması, yalnız bazu və sair sümüyünün sınması, o adamın həmin vertolyotda olması inandırıcı deyil”, - Əli Əliyev bildirib.

DSX-nın hərbçiləri iddia edir ki, Əli Əliyev onların barəsində bu cür fikirlər səsləndirməklə şərəf və ləyaqətlərini alçaldıb, işgüzar nüfuzlarına zərbə vurub. Onlar iddia ərizələrində vurğulayıb ki, Əli Əliyev faktiki onları xidmət yoldaşları və yaxın dostlarının ölümü ilə bağlı yalan məlumat verməkdə ittiham edir, cəmiyyət və kollektiv arasında nüfuzdan salır.

Əli Əliyevə qarşı şikayətlər Yasamal rayon Məhkəməsinə təqdim olunub. Emil Cəfərovun iddiasına hakim Hüseyn Səfərov, Ramin Ədilovun iddiasına isə Rauf Daşdəmirov baxacaq.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »