Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bu yağların 90 faizi saxtadır" - Təmiz kərə yağını necə tanımaq olar...
"Bu yağların 90 faizi saxtadır" - Təmiz kərə yağını necə tanımaq olar...

Bir neçə gün öncə baş nazir Əli Əsədov, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələrində dəyişiklik edilib. Daxili bazarda kərə yağının qiymətinin artımına yol verilməməsi üçün kərə yağı, süddən hazırlanmış digər yağlar və süd pastalarının idxalına tətbiq olunan rüsum güzəştinin qüvvədə olma müddətinin uzadılması məqsədilə qərar qəbul edilib. Qərar, qiymətlərin stabilliyini qorunmasını özündə ehtiva edir.

Kərə yağı, Azərbaycan mətbəxində çox istifadə edilən məhsuldur. Hazırda ölkə mağazalarında 50-yə yaxın çeşiddə kərə yağları satılır. Ölkəyə kərə yağı əsasən Yeni Zelandiya, Rusiya, Avstraliya, Ukrayna və Pribaltika ölkələrindən idxal edilir.

Hazırda mağazalarda müxtəlif qiymətlərə “kərə yağı” adı altında müxtəlif yağlar satılır. Vətəndaş aldığı yağın təmiz yağ olduğunu necə bilə bilər?

“Azad istehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov Bizimyol.info saytına açıqlamasında bildirib ki, kərə yağı ilə bağlı təşkilata çox sayda telefon zəngləri daxil olur. Vətəndaşlar zəng edib, yağın qiymətinin baha olmasından şikayətlənirlər: “Əhaliyə bildirmək istəyirəm ki, çox istifadə edilən kərə yağının qiymətinin qalxması var və təbiidir. Ümumiyyətlə, əgər südün yağlılığı 4 faizdən artıqdırsa, 20 litr süddən 1 kiloqram kərə yağı almaq olur. Belə olan halda kərə yağının kiloqramının qiyməti 20 manatdan aşağı ola bilməz. 20 manatdan yuxarı olmalıdır”.

Ekspert qeyd edib ki, ölkənin əmtəə bazarında müxtəlif tərkibli kərə yağlarla mövcud olmasına baxmayaraq, hazırda ölkə bazarlarında çox az miqdarda təmiz kərə yağı var: “Mən 4 il əvvəl Yeni Zellandiyada olarkən, Azərbaycana kərə yağı göndərən zavodda da oldum. Orada Azərbaycan dilində markalanmasını gördüm, fermer təsərrüfatı ilə tanış oldum. Zavod “Westland Milk Products” adlanır. Məlum oldu ki, Azərbaycana göndərilən kərə yağı normal kərə yağıdır. Zellandiyadan gətirilən kərə yağlarının monitorinqini apardım”.

E.Hüseynov bildirib ki, Azərbaycanda “ Nehrə yağı” adı altında satılan yağların 90 faizi saxtadır. Onlar ucuz marqarinlərin qarışdırılmasından əmələ gəlir. Bu məsələnin sonlanması üçün “Azad İstehlakçılar” Birliyi hazırda tədqiqatlar aparır: “Belə yağlar əsasən saxta “İvanovka” dükanlar şəbəkəsində satılır. Əhali buna inanmasın. Bu yağlar marqarin qarışığıdır. Mağazada yağların üzərində “naturalni masla” yazılır. Bu sözü oxuyanda hamı elə bilir ki, bu kərə yağıdır. Ancaq yazığın üzərini oxuyan zaman onun bitki yağlarının qarışğından əmələ gəldiyini görmək mümkündür. İstehlakçılar belə formada aldadılır. İstehlakçılar ona görə aldadılır ki, istehlakçı üçün informasiya standı yoxdur. Yəni məhsulun üzərinə hansı məlumat və ya hansı şriftlə yazılmalıdı, bu barədə istehlakçının məlumatlanacağı yer yoxdur. Bu da istehlakçını çaşdırır. Spred yağını kərə yağı adı altında almaq aldadılmaqdır. Kərə yağını müəyyən etmək üçün yağ sıxılmalı, yağ bərkdirsə o daha çox kərə yağıdır. Digər yağlar nisbətən boş olur”.

E.Hüseynov qeyd edib ki, Azərbaycanda yerli kərə yağı istehsalı var. Və istehlakçılara tövsiyyə edilir ki, ciddi zavodların kərə yağına üstünlük versinlər.

“Lakin anlamaq lazımdır ki, normal kərə yağının qiyməti 20 manatdan aşağı ola bilməz. Ola bilsin ki, normal xarici firmalar kampaniyalar aparar, endirim edə bilərlər. İstehlakçının hər hansı bir şübhəsi olarsa, Qida Təhlükəsizliyi Agentliyinin 1003 qaynar xəttinə zəng edib şikayətlərini bildirə bilərlər”.

İlahin, Bizimyol.info

Paylaş »
››› Sədərək Ticarət Mərkəzində qadınları necə aldadırlar...
››› “Trendyol” birbaşa Azərbaycana sifariş göndərəcək: Vasitəçilərin aqibəti necə olacaq?
››› Hansı bürc hansı şəkildə təriflənməyi daha çox sevər
››› Snopp Dogg Azərbaycan rejissorunun videosunu paylaşıb - Video
››› Putinin milyonçu etdiyi qohumu üzə çıxıb
››› Azərbaycanda neft yataqları köhnəlir: Hasilatın azalması hansı problemlərə yol aça bilər?
››› Direktorların ucbatından minlərlə şagird tam orta təhsil ala bilmir
Son xəbərlər
Bütün xəbərlər »