"Türkiyə NATO ölkəsi və amerikalıların müttəfiqi olduğu üçün ABŞ bu mövzuda Ankara ilə məsləhətləşə bilər".
Bizimyol.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyənin Ukraynadakı vəziyyətin həllində mümkün rolunu şərh edərkən bildirib.
"Moskva ilə Kiyev arasında deyil, Amerika, Moskva və NATO arasında çətinliklər var. Türkiyə isə bu halda NATO ölkəsidir. Çox güman ki, amerikalılar Türkiyə ilə də məsləhətləşəcək. Onlar ABŞ-ın müttəfiqidirlər", - deyə Peskov qeyd edib.
Bizimyol.info