Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident İlham Əliyevin tapşırıqları “Azərişıq” ASC tərəfindən sürətlə icra olunur
Prezident İlham Əliyevin tapşırıqları “Azərişıq” ASC tərəfindən sürətlə icra olunur

Prezident İlham Əliyevin müvafiq göstərişlərinə əsasən işğaldan azad olunmuş ərazilərdə “Azərişıq” ASC tərəfindən görülmüş işlərdən bəhs edən “İşıqlı Qarabağ” sənədli filmi hazırlanıb.

Filmdə Cəbrayıl rayonu və Hadrut qəsəbəsinə hələ müharibə davam edən vaxtlarda elektrik xətlərinin çəkilməsindən, eləcə də Zəngilan, Qubadlı rayonları və Şuşa şəhərində görülən işlərlə bağlı real kadrlar və müsahibələr təqdim edilir.

Həmçinin sənədli filmdə Kəlbəcər rayonu ərazisində Prezident İlham Əliyevin müvafiq göstərişlərinə əsasən görülən işlərdən bəhs edilir. Xüsusilə də qarlı və şaxtalı günlərdə Hərbi hissələrə elelktrik xətlərinin çəkilişində iştirak edən fədakar “Azərişıq” əməkdaşlarının fəaliyyəti “İşıqlı Qarabağ” sənədli filmində real kadrlarla göstərilir. Filmə rəsmi youtube səhifəmizdə baxa bilərsiniz.

“Azərişıq” ASC olaraq hər zaman Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin hər qaraşının abadlıq-quruculuq işlərində iştirakdan və xalqımıza xidmətdən böyük şərəf duyuruq.

Son xəbərlər
Bütün xəbərlər »