Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran qaçqınların öhdəsindən gələ bilmir
İran qaçqınların öhdəsindən gələ bilmir

Əfqanıstanda hakimiyyət dəyişikliyi həm də qonşu dövlətlərə problem yaratdı. “Taliban” ölkəyə rəhbərlik etməyə başlayandan onminlərlə əfqan vətəni tərk etmək qərarına gəldi. Onlar əsasən ən yaxın yerlərə üz tutdular. Çünki Avropa çox uzaqdadır.

Bizimyol.info xəbər verir ki, İran Əfqanıstandan pənah gətirmiş qaçqınların öhdəsindən gələ bilmir. Onların sayı 3 milyon nəfəri keçib. Üstəlik, başqa ölkələrdən gələnlər də var. Təkcə 2021-ci ildə İranda yarım milyondan çox yeni miqrant qeydə alınıb.

İranın prezidenti İbrahim Rəisi qaçqınlarla iş üzrə təşkilat yaratmaq məcburiyyətində qaldıqlarını deyir. Onun fikrincə, vəziyyət getdikcə çıxılmaz xarakter almağa başlayır: “Milyonlarla miqrantın problemlərini həll etmək lazımdır. Hökumət bu məsələ barədə çox düşünür”.

İranda yaşayan əfqanların 780 mini rəsmi status alıb. Azı 2.2 milyon Əfqanıstan vətəndaşı qonşu ölkəyə qeyri-qanuni sığınıb. Onların böyük hissəsinə səhiyyə və təhsil sektorunun xidmətlərindən istifadə etməyə imkan yaradılıb.

Əfqanıstanı hələ də tərk edənlər var. Getmək istəyənlərin bir çoxu jurnalist kimi rəsmiləşdirilməyə çalışır. Çünki bu halda “Taliban” ölkəni tərk etməyə daha loyal yanaşır.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »