Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna Rusiya mallarına qoyulan qadağanın vaxtını uzadıb
Ukrayna Rusiya mallarına qoyulan qadağanın vaxtını uzadıb

Ukrayna bir sıra Rusiya mallarının idxalına qoyulan embarqonu 2022-ci ilin sonuna qədər uzadıb.

Bizimyol.info xəbər verir ki, müvafiq qərar hökumətin dekabrın 23-də keçirilən iclasında qəbul edilib.

“2022-ci il dekabrın 31-dək, o cümlədən, Rusiya mənşəli malların Ukraynanın gömrük ərazisinə idxalı qadağan edilsin”, - deyə sənəddə bildirilir.

2021-ci ilin aprelindən Kiyev Rusiyadan bir sıra malların ölkəyə idxalına qadağa qoyub.

Qadağaya buğda, günəbaxan yağı, yuyucu vasitələr, kağız (qəzet kağızı, kraft karton, salfetlər, dəsmallar və digər növ kağızlar), qutular, yeşiklər, çantalar, qablaşdırma kisələri, qazma alətləri, gəzinti balansı arabaları, oxlar, təkərlər və s. daxildir.

Kiyev 2015-ci ilin dekabrında Rusiya mallarının idxalına embarqo tətbiq edib. Daha sonra qadağaya araq, qənnadı məmulatları, ət, şokolad, balıq, emal olunmuş pendirlər, pivə, filtrli siqaretlər daxildir. Həmin vaxtdan bəri malların siyahısı bir neçə dəfə genişləndirilib, embarqo müddəti uzadılıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »