Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dilənçiyə pul vermək günahdır, yoxsa savab?
Dilənçiyə pul vermək günahdır, yoxsa savab?

Dilənçilər hər yerdə, hər zaman qarşımız çıxır. “Allah xatirinə üçün yardım edin”, “Uşağım acdır pul verin”, “Anam xəstədir müalicəyə ehtiyacı var”, “İmkanınm yoxdu yardım edin”, “Övladım xəstədir” deyən müxtəlif dilənçilər dəfələrlə qarşımıza çıxıb.

Məsələn; övladının və ya anasının xəstəlik kağızını əlində gəzdirib dilənən bəzi şəxslərdən o kağızı alıb baxanda xəstəliyin heç də həmin şəxsə aid olmadığını görmək olur.

Gəncə şəhərində polis əməkdaşları şəhər ərazisində tüfeyli həyat tərzi keçirən və dilənçiliklə məşğul olaraq vətəndaşların haqlı narazılığına səbəb olan şəxslərlə bağlı profilaktiki tədbir keçirib. Tədbir zamanı ümumilikdə 40 nəfər saxlanılaraq polis idarəsinə gətirilib. Onlarla profilaktiki söhbətlər aparılıb, 31 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib. Dahasonra saxlanılan şəxslər qeydiyyatda olduqları şəhər və rayonlara göndərilib.

İslam dininə görə, dilənmək, dilənməyi bir gəlir mənbəyinə çevirmək doğru deyil. Dilənmənin düzgün yol olmadığına dair müxtəlif hədislər var.

Bəs dilənçiyə pul vermək günahdır, yoxsa savab?

İlahiyyatçı Ramin Əliyev Bizimyol.info saytına açıqlamasında bildirir ki, dilənçiyə pul verməklə sədəqəni, zəkatı bir-birilə qarışdırmaq olmaz. Zəkat, İslam dinin şərtləri arasındadır və maddi vəziyyəti yaxşı olan hər kəs verməlidir.

“Bu gün dilənən hamının ehtiyacı varmı, yoxmu bilmirik. Amma hədislərdə və bəzi ayələrdə istəyəni əliboş qaytarma deyilir. Məsələn; Duha surəsinin 10-cu ayəsində deyilir ki, “Əl açıb istəyəni, əsla əliboş yola salma”. Burada önəmli olan, yardım edəcək gücümüz varmı, dilənən şəxsin ehtiyacı varmı və s. bu kimi məsələlərdir. Elə yenə Duha surəsində deyilir ki, “Yetimi əsla əzmə”. Bu, o deməkdir ki, yetimin ehtiyacı vardır, möhtacdır. Buna görə də yetimi əliboş geri qaytarmaq olmaz. Bu savabdır” - deyən ilahiyyatçı qeyd edir ki bu gün dilənçiliyi işə çevirən insan çox olduğu üçün kimin ehtiyacının olub-olmadığını bilmək çətindir. Biz dilənən şəxsin vəziyyətinə baxıb qərar verməliyik. Ehtiyac sahibi olduğunu hiss ediriksə, verə bilərik.

Bəzən dilənən birinin bizdən daha varlı olduğunu öyrənirik. Bəzən də əlil rolunu oynayan şəxsin, əslində sağlam olduğunu görürük. Bu insanları gördükcə, özümüzü aldadılmış hiss edirik. Bundan sonra kiməsə yardım etməyi

  • Fiziki qüsuru olmayan gənc birinin işləmək imkanı var ikən, dilənməsi nə qədər doğrudur?
  • İslam dininə görə insanların belə şəxslərə pul verməsi doğrudurmu?

İslam dini işləməyən, bir tikəyə çörəyə razı olan, başqaların yük olan müsəlmanları yaxşı müsəlman hesab etmir. Dilənmək və dilənçilik qadağan edilir. Dilənçilik, təmbəllik və xalqın yardım hissini istismar edir. İşləmədən oturub başqasından nəsə gözləməyin özü böyük günahdır.ə

Hər bir pis iş, insanın mənliyindən və şərəfindən bir parça alıb aparır. Heç bir ehtiyacı olmadığı halda, əl açıb dilənənlərin vəziyyəti daha ağırdır. Çünki onlar dilənməklə, şərəf və etibarlarının kökündən yox olmasına və müflis vəziyyətinə düşmələrinə səbəb olurlar. Buna görə də kasıblara, acizlərə yardım etməyi əmr edən İslam dini kasıb olmayanların və ehtiyacı olmayanların dilənməsini qadağan edib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »